16–17 oktyabr 2026-cı il tarixlərində Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə keçirilən Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamila Dadaş-zadə iştirak edib.
Professor Kamila Dadaş-zadə forumun “Qlobal körpülərin qurulması: Özbəkistan–Azərbaycan ali təhsilində beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda keçirilən ikinci panel müzakirəsində çıxış edib.
Forum çərçivəsində Azərbaycan Milli Konservatoriyası ilə Yunus Rəcəbiy adına Özbək Milli Musiqi Sənəti İnstitutu arasında akademik, elmi və yaradıcılıq sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutan anlaşma memorandumu imzalanıb.
Azərbaycan və Özbəkistandan 30-a yaxın ali təhsil müəssisəsinin təmsil olunduğu forum iki ölkə arasında akademik əməkdaşlığın genişləndirilməsinə, birgə elmi tədqiqatların və innovativ layihələrin təşviqinə, universitetlərarası tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.





