Elm və Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycan Milli Konservatoriyası nəzdində incəsənət gimnaziyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib.

Azərbaycan Milli Konservatoriyası nəzdində incəsənət gimnaziyasında musiqi, rəssamlıq, teatr və xoreoqrafiya şöbələri fəaliyyət göstərir. Burada şagirdlər ümumtəhsil fənləri üzrə biliklərə yiyələnməklə yanaşı, incəsənətin müxtəlif növləri üzrə nəzəri bilik və ixtisas bacarıqları əldə edirlər.

Azərbaycan Milli Konservatoriyası olaraq inanırıq ki, nəzdimizdə fəaliyyət göstərən incəsənət gimnaziyasının beynəlxalq müsabiqələrdə dəfələrlə qalib olmuş, 8 yetirməsi gənc istedadların “Qızıl kitab”ına daxil edilmiş istedadlı şagirdləri yenilənmiş, işıqlı və müasir tədris şəraiti ilə təmin olunmuş inzibati binada daha böyük uğur və nailiyyətlər əldə edəcəklər.