4 oktyabr 2026-cı il tarixində Cəbrayıl Şəhəri Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Cəbrayıl şəhərində keçirilən bayram konsertində Azərbaycan Milli Konservatoriyasının əməkdaşları “Xalq çalğı alətləri” kafedrasının dosenti, Əməkdar artist, qanun ifaçısı Çinarə Heydərova və “Milli vokal” kafedrasının müəllimi, Prezident təqaüdçüsü, vokal ifaçısı Taleh Yəhyaev çıxış ediblər.
Bayram konsertini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və xüsusi nümayəndəliyin məsul əməkdaşları, digər rəsmi şəxslər, eləcə də doğma yurda qayıtmış Cəbrayıl sakinləri izləyiblər.
Vətənpərvərlik, birlik və qəhrəmanlıq ruhunda təqdim olunan konsert proqramında Azərbaycan Milli Konservatoriyası əməkdaşlarının ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.




