
Türkiyədə nəşr olunan “Journal of Turkish Organology” elmi jurnalının 2026-cı il sentyabr buraxılışında Azərbaycan Milli Konservatoriyasının “Milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi-təcrübi laboratoriyasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədəli Məmmədovun “The Azerbaijani Kamancha: Technical Standards in Construction and Repair” adlı elmi məqaləsi dərc olunub.
Məqalə Azərbaycanda ilk dəfə kamança və kamança ailəsinə daxil olan müxtəlif ölçülü kamançalar, bas kamança və kontr kamança üzrə dövlət standartlarının hazırlanması və qəbulunu, eləcə də bu standartların elmi-texniki əsaslarını əhatə edir.
Sözügedən standartlar 29 iyun 2026-cı ildə Azərbaycan Milli Konservatoriyasının müvafiq elmi-təcrübi laboratoriyasının layihəsi əsasında qəbul edilib.