İstanbulda keçirilən “Azərbaycan İncəsənət Həftəsi” çərçivəsində təşkil olunan “İki dövlət – bir səhnə, qardaş nəğmələri: Azərbaycan gecəsi” adlı mədəniyyət proqramında “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblının tərkibində Azərbaycan Milli Konservatoriyasının I kurs magistr tələbəsi, beynəlxalq müsabiqələr laureatı Nurəddin Tağıyev iştirak edib.

Sefaköy Mədəniyyət və İncəsənət Mərkəzində keçirilən geniş konsert proqramında Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərləri musiqi və xalq rəqsləri vasitəsilə təqdim olunub.
Rəngarəng proqram Azərbaycan mədəniyyətinin və zəngin musiqi irsinin İstanbul tamaşaçılarına təqdimatı ilə yadda qalıb.