18 sentyabr – Milli Musiqi Günü və Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub.
Ziyarətdə Mədəniyyət naziri Adil Kərimli, dövlət rəsmiləri, musiqi ictimaiyyətinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ali təhsil müəssisələrinin rəhbərləri ilə yanaşı, Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə və AMK-nın əməkdaşları istirak ediblər.
Üzeyir Hacıbəylinin məzarı üzərinə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Azərbavcan Milli Konservatoriyası / Azerbaijan National Conservatory



