7 iyul 2026-cı il tarixində AMK- nın Bakı zalında Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadənin müvafiq əmrinə əsasən, yüksək akademik göstəricilərinə, eləcə də ali təhsil müəssisəsinin ictimai, mədəni və yaradıcılıq həyatında səmərəli fəaliyyətlərinə görə bakalavr və magistratura təhsil pillələrini başa vurmuş məzun tələbələr — Zeynəb Bağır, Rauf Cəfərov, Ülkər Abdullayeva, Nurəddin Tağıyev, Xanımana Məmmədzadə, Günel Əsədova, Səmayə Məmmədova, Fuad Əzizzadə, Aləm İsayev, Kəmalə Qəhrəmanova, Nərmin Rəhimova, Emilya Quliyeva, Altun Süleymanov, Asim Muradov, Aycan Şükürlü, Kənan Novruzov, Cəmil Məmmədov, Mehriban Quliyeva və Səmra Qurbanova Təşəkkürnamələrlə təltif olunublar.
Təltifetmə tədbirini Azərbaycan Milli Konservatoriyasının tədris məsələləri üzrə prorektoru Nizami Əsədov öz çıxışı ilə açıq elan edib.
Daha sonra “İfaçılıq” fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səadət Verdiyeva, “Musiqi tarixi və nəzəriyyəsi” fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rövşanə Kərimova, “Populyar musiqi və caz ifaçılığı” kafedrasının müdiri, əməkdar artist Emil Əfrasiyab, Azərbaycan Milli Konservatoriyası rektorunun müşaviri Səbinə Ənvərli, “Tədrisin təşkili və keyfiyyətin təminatı” şöbəsinin müdiri Zəminə Abdullayeva, “Qiymətləndirmə və monitorinq” sektorunun müdiri, Əməkdar artist, dosent Bəyimxanım Vəliyeva çıxış edərək tələbələri təbrik edib, onlara gələcək təhsil və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıblar.


























