3–4 iyul 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Biz Bir Ailəyik” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı və TheLandmark Rotunda-nın tərəfdaşlığı ilə “İnklüziv İncəsənət Günləri” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan Milli Konservatoriyasının tələbələri Elvin Məmmədzadə, Poladxan Baxşıyev, Abid Çələbi və Mehriban Quliyevadan ibarət instrumental ansambl (müşayiətçi: nağara ifaçısı Nizami Mehdizadə) uğurla çıxış edib.



