Azərbaycan Milli Konservatoriyasının tələbələri, Tələbə Elmi Cəmiyyətinin üzvləri Samidə Məmmədova, Nicat Səfərov, Araz Ghasemi və Reza Mohammədi 14–29 iyun 2026-cı il tarixlərində Ankara Musiqi və Gözəl Sənətlər Universiteti, Yunus Emre İnstitutunun birgə təşkilatçılığı ilə Türkiyənin Ankara, İstanbul, Eskişehir və Bursa şəhərlərində keçirilən “Türk Dünyası Müzik Akademisi” proqramının seçim mərhələsini uğurla keçərək Azərbaycanı təmsil ediblər.
Proqram çərçivəsində iştirakçılar ustad dərslərində, seminarlarda, ansambl məşqlərində, muzey və sərgi ekskursiyalarında iştirak ediblər. Proqramın sonunda türk dünyasının müxtəlif ölkələrindən olan musiqiçilərin iştirakı ilə təşkil olunan yekun konsertdə tələbələr Azərbaycan xalq musiqisi nümunələrini təqdim ediblər.
Sonda proqramı uğurla başa vurduqlarına görə onlar Ankara Musiqi və Gözəl Sənətlər Universiteti və Yunus Emre İnstitutu tərəfindən təltif olunublar.
Azərbaycan Milli Konservatoriyası adından tələbələrimizi beynəlxalq uğur münasibətilə təbrik edir, onların gələcək yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!









