23–26 iyun 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Namanqan şəhərində UNESCO, ICESCO, TÜRKSOY və Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Maqom Sənəti Forumu çərçivəsində beynəlxalq müsabiqə keçirilib.
Müsabiqədə Özbəkistandan Abduxoşim İsmayılov, Küveytdən Amer Cafar, Serbiyadan Edi Taym, Türkiyədən Feryal Basel Tuzun, Fransadan Marqaret Deşeno və Kanadadan Saşar Zərifin təmsil olunduğu Beynəlxalq Münsiflər Heyətinə Azərbaycanı təmsil edən Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli Mənsum İbrahimov sədrlik edib.
Festivalın açılış mərasimində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış nitqi ilə çıxış edib. Ardınca Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək festivalın əhəmiyyətini vurğulayıb.
Açılış mərasimində Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə, eləcə də müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələri iştirak ediblər.
Beynəlxalq müsabiqə möhtəşəm bağlanış mərasimi ilə yekunlaşıb.

Возможно, это изображение один или несколько человек и оптика

Возможно, это изображение один или несколько человек и текст

Возможно, это изображение толпа

Нет описания фото.

Возможно, это изображение текст "어 CHUN, MILLAT CHUN,MILLATUCH UCH XALQUCWAN! XALQ UCI UCLIN! Ν!"

Возможно, это изображение толпа

Возможно, это изображение один или несколько человек, костюм и помост

Нет описания фото.

Возможно, это изображение текст