
11 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının professoru Nəzakət Teymurova M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında solo konsert proqramı ilə çıxış edib.
Nəzakət Teymurovanı səhnədə Əməkdar artist Fuad İbrahimovun rəhbərlik etdiyi Bakı Dövlət Kamera Orkestri və Əməkdar artist Əliağa Sədiyevin bədii rəhbəri olduğu “Xarıbülbül” muğam qrupu müşayiət edib.
Konsertdə Azərbaycan Milli Konservatoriyasının magistr tələbələri Nahidə Eminova və Aydan Süleymanzadə, bakalavr tələbəsi Nərmin Mirzəyeva çıxış ediblər.
Gecə milli musiqimizin zəngin ənənələrinin məxsusi tərzdə təcəssümü və təbliği baxımından əlamətdar mədəni hadisə kimi yadda qalıb.





