12 may 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov zalında Xalq çalğı alətləri kafedrasının “Musiqi töhfəsi” adlı hesabat konserti keçirilib.
Konsertdə Xalq artistləri, professorlar Şəfiqə Eyvazova və Ağacəbrayıl Abasəliyev, Əməkdar artistlər Sahib Paşazadə, Çinarə Heydərova, İlham Nəcəfov və Şirzad Fətəliyev, Şəhriyar İmanov, Əməkdar müəllim, professor Malik Quliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentlər Natəvan Həsənova və Mübariz Əliyev, dosent Mehri Əsədullayeva, baş müəllim Səbuhi Əliyev, müəllimlər Könül Vəliyeva, Kənan Sadıqov, Mədinə Şahgəldiyeva, Kamal Nuriyev və Aləm İsayev çıxış ediblər.
Proqramda həmçinin Ülviyyə Dadaşova, Təhminə Oruclu, Jalə Həsənzadə, İlkanə Cəfərova, Zilhiccə İsmayılova, Kəmalə İsakova, Adəm Zərbalıyev, Vüsal Məmmədov, Pınar Məlikzadə, Mais Qədirov, Həmid Həmidzadə, Orxan Qədirli, Rəvan Mustafayev, Mustafa Mirzəyev, İlham Heydərov, Əli Məhərrəmzadə, Ramal Abdullayev, Məhəmməd Hüseynov, Nurlan Məmmədov, İbrahim Hüseynov, Bahadur Dəyanətli, Tacir Alxanov, Mətanət Cəbrayılova, Vəfa Şirəliyeva, Məryəm İslamova, Röya Hacıyeva, Nuray Məhərrəmli, Solmaz Rəhimova, Mehriban Quliyeva, Fatimə Tahirova, Aysun Sultanova və Xədicə Əliyevanın ifaları yer alıb.
İfaçıları baş müəllim Svetlana Əhmədova, Gülnarə Teymurzadə, Sevinc Kərimova, Nərmin Qəmbərova, Arifə İmanova, Cəbrayıl Cəbrayılov, İlqar Əliyev, Şükür Əliyev, Cəlal Səmədov, Əməkdar artist Fəridə Hüseynova, Züleyxa Şıxıyeva və Əməkdar artist, dosent İlahə Hüseynova müşayiət ediblər.
Sonda Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, professor Lalə Hüseynova çıxış edərək tədbir iştirakçılarını təbrik edib. O, çıxışında Xalq çalğı alətləri kafedrasının ən qocaman kafedralardan biri olduğunu dilə gətirib, Üzeyir Hacıbəylinin təməlini qoyduğu ənənələrin bu gün də kafedranın repertuar seçimində, pedaqoji fəaliyyətində və ifaçılıq istiqamətində davam etdirildiyini qeyd edib. Lalə Hüseynova konsert proqramında ustad-tələbə münasibətinin uğurla nümayiş olunduğunu vurğulayıb və bugünkü ifalara görə kafedranın professor-müəllim heyətinə, tələbələrinə, eləcə də ustad sənətkarlar — Xalq artistləri Şəfiqə Eyvazova və Ağacəbrayıl Abasəliyevə təşəkkür edib.
Xalq çalğı alətləri kafedrasının müdiri, Əməkdar müəllim Ramiz Əzizov da çıxış edərək konsertin ərsəyə gəlməsində göstərilən dəstəyə görə AMK nın rəhbərliyinə, iştirakçılara minnətdarlığını ifadə edib.
“Musiqi töhfəsi” adlı hesabat konserti Xalq çalğı alətləri kafedrasının il ərzində həyata keçirdiyi yaradıcılıq fəaliyyətinin uğurlu təqdimatı kimi yadda qalıb.






















