13 may 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasında musiqi məktəbləri və kolleclərində təhsil alan şagird və abituriyentlərin iştirakı ilə “Açıq Qapı Günü” keçirilib.
Tədbir çərçivəsində qonaqlar əvvəlcə Konservatoriyanın tədris və yaradıcılıq mühiti ilə tanış olublar.
Onlar foyedə Dirijorluq kafedrasının nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri və xor kollektivlərinin ifalarını dinləyiblər. Burada Dirijorluq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova tələbələr üçün yaradılan çoxşaxəli təhsil prosesi barədə məlumat verib. Daha sonra qonaqlar milli musiqi alətlərindən ibarət ekspozisiyaya baxış keçirib və AMK-nın tələbələrindən ibarət “Miras” qədim musiqi alətləri ansamblının ifasını dinləyiblər.
Musiqi məktəbləri və kolleclərindən gəlmiş abituriyentlərə və müəllimlərə AMK-nın tədris xəritəsini və ixtisas istiqamətlərini əhatə edən məlumat broşürləri paylanılıb.
Ardınca iştirakçılar Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına zalında təşkil olunan əsas tədbirə qatılıblar.
Tədbirdə ilk olaraq Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə çıxış edərək qonaqları salamlayıb. Rektor çıxışında Azərbaycan Milli Konservatoriyasının milli musiqi təhsilinin inkişafındakı rolundan, burada formalaşmış tədris ənənələrindən və musiqi təhsili almaq istəyən gənclər üçün yaradılan imkanlardan söz açıb.
Daha sonra İfaçılıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səadət Verdiyeva və Musiqi tarixi və nəzəriyyəsi fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rövşanə Kərimova çıxış edərək fakültələrin fəaliyyəti, ixtisas istiqamətləri və tədris imkanları haqqında məlumat veriblər.
Tədbir kafedra rəhbərlərinin və müəllimlərin çıxışları ilə davam edib. “Muğam( xanəndə)” kafedrasının müdiri, Xalq artisti Mənsum İbrahimov, “Xalq çalğı alətləri” kafedrasının müdiri, Əməkdar müəllim Ramiz Əzizov, “Fortepiano” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Naibə Şahməmmədova, “İnstrumental muğam” kafedrasının müdiri, Xalq artisti Malik Mansurov, “Milli vokal” kafedrasının müəllimi, vokal ifaçısı Taleh Yahyayev, “Etnomusiqişünaslıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova, həmin kafedranın müəllimi, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Baxşəliyev, Aşıq məktəbinin müəllimi, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nemət Qasımlı və Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nəzrin Cəfərova çıxış edərək təmsil etdikləri kafedra və strukturların fəaliyyət istiqamətləri barədə məlumat veriblər.
“Açıq Qapı Günü” kafedraların təqdimatları və hər kafedranı təmsil edən musiqi nömrələri ilə davam edib.
Tədbirin aparıcılığını Azərbaycan Milli Konservatoriyasının Elm, yaradıcılıq və beynəlxalq əlaqələr mərkəzinin yaradıcılıq işləri üzrə mütəxəssisi, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Zeynəb Bağır həyata keçirib.
Azərbaycan Milli Konservatoriyası milli musiqi təhsili yolunda bu sənət ocağını seçəcək abituriyentləri təbrik edir, onlara gələcək təhsil və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayır.

Возможно, это изображение один или несколько человек

Возможно, это изображение гобой, кларнет и скрипка

Нет описания фото.

Возможно, это изображение фортепиано

Возможно, это изображение один или несколько человек, гобой, арфа, флейта, саксофон, кларнет, труба, аккордеон, скрипка и толпа

Возможно, это изображение один или несколько человек и толпа

Возможно, это изображение кларнет, гобой, скрипка и флейта

Возможно, это изображение кларнет, гитара, флейта, аккордеон, скрипка, гобой, арфа и труба

Нет описания фото.

Возможно, это изображение скрипка, кларнет, динамик и гитара

Возможно, это изображение арфа, кларнет, гобой, скрипка и фортепиано

Возможно, это изображение труба, кларнет и фортепиано

Возможно, это изображение кларнет

Возможно, это изображение кларнет и скрипка

Возможно, это изображение гобой, скрипка, кларнет и флейта

Возможно, это изображение кларнет

Возможно, это изображение кларнет

Возможно, это изображение скрипка и кларнет

Возможно, это изображение флейта, кларнет, скрипка и гобой

Возможно, это изображение кларнет, скрипка, саксофон, флейта, фортепиано, труба, аккордеон и гобой

Возможно, это изображение скрипка, арфа, саксофон, флейта, фортепиано, кларнет и гобой

Возможно, это изображение арфа, аккордеон, кларнет, гитара, скрипка, гобой и флейта

Возможно, это изображение саксофон, гитара, флейта, кларнет, скрипка и гобой

Возможно, это изображение скрипка, гобой, кларнет, аккордеон и фортепиано

Возможно, это изображение скрипка, фортепиано, гобой, труба, кларнет и флейта

Возможно, это изображение фортепиано

Возможно, это изображение флейта, кларнет, арфа, саксофон, динамик, труба, гобой и скрипка

Возможно, это изображение труба, латунь, саксофон, аккордеон, гобой, кларнет и скрипка

Возможно, это изображение учеба