13 may 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Dirijorluq kafedrasında Bəstəkarlıq ixtisası üzrə təhsil alan tələbələrin hesabat konserti keçirilib.
Tədbiri giriş sözü ilə Dirijorluq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova açıb.
O, çıxışında konsertin tələbələrin yaradıcılıq fəaliyyətinin təqdimatı və onların peşəkar inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Konsert proqramında müxtəlif kurslarda təhsil alan tələbələrin fortepiano, fleyta və fortepiano, tar və fortepiano, eləcə də iki fortepiano üçün yazılmış əsərləri səsləndirilib.
Proqramda Pikə Axundovanın tələbələri — I kurs tələbəsi Gülay Əlizadənin fortepiano üçün “6 prelüd” əsəri müəllifin və Fidan Yunusun ifasında, II kurs tələbəsi İlqar Cavanşirovun fleyta və fortepiano üçün “Ballada” əsəri Nərgiz Məhəmmədovanın solo ifası və müəllifin müşayiəti ilə təqdim olunub.
Həmçinin III kurs tələbəsi Lalə Piriyevanın fortepiano üçün “Mövzu və variasiyalar” əsəri müəllifin ifasında, tar və fortepiano üçün “Süita” əsərinin III–IV hissələri isə Vaqif Təhməzovun solo ifası və müəllifin müşayiəti ilə səsləndirilib. I kurs magistr tələbəsi Lalə Əhmədovanın iki fortepiano üçün “Duo Piano” əsəri Fidan Yunus və Nuray Rüstəmlinin ifasında dinləyicilərə təqdim olunub.
Konsertdə Nazim Mirişlinin tələbəsi, II kurs tələbəsi Əbdülqadir Əzizzadənin fortepiano üçün “Sonata” əsərinin II hissəsi İnci Azmanlının ifasında səsləndirilib. Ayaz Qəmbərlinin tələbəsi, II kurs tələbəsi Behrad Xosrəvinin fleyta və fortepiano üçün “Uzaqdan” silsiləsinin I–II hissələri isə Nərgiz Məhəmmədovanın solo ifası və Nərmin İsgəndərovanın müşayiəti ilə təqdim edilib.
Konsertin aparıcılığını Azərbaycan Milli Konservatoriyasının yaradıcılıq məsələləri üzrə mütəxəssisi, Tələbə Elmi Cəmiyyətinin sədri Zeynəb Bağır həyata keçirib.

Возможно, это изображение труба, саксофон, фортепиано, флейта, скрипка, кларнет и гобой

Возможно, это изображение кларнет, скрипка и фортепиано

Возможно, это изображение кларнет, гитара, скрипка и фортепиано

Возможно, это изображение скрипка и кларнет

Возможно, это изображение скрипка, фортепиано, кларнет и саксофон

Возможно, это изображение скрипка и фортепиано

Возможно, это изображение скрипка и фортепиано

Возможно, это изображение скрипка и фортепиано

Нет описания фото.

Нет описания фото.