14 may 2026-cı ildə Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov zalında I Kəlbəcər Aşıq Festivalı çərçivəsində I Aşıq müsabiqəsinin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsi olan bu müsabiqəyə yeniyetmə və gənclərdən ibarət 25 nəfər iştirakçı qoşulub. Açılış mərasimində AMK-nın rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə çıxış edərək “I Kəlbəcər Aşıq Festivalı” çərçivəsində “I Aşıq müsabiqəsi” nin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar diləyib.
Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı və ustad aşıq, Əməkdar Mədəniyyət işçisi Ədalət Qaraşovun da fikirləri maraqla dinlənilib.
Püşkatmadan sonra birinci turun iştirakçılarının çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Onlara ifa etdikləri aşıq havaları barədə suallar münsiflər heyətinin üzvləri Kamilə Dadaş-zadə, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini Altay Məmmədov, ustad aşıq Cahangir Quliyev, həmçinin filologiya üzrə fəlsəfə doktoru, AMK-nın dosenti Fəxrəddin Baxşəliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın dosenti Mübariz Əliyev tərəfindən ünvanlanıb.
Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nemət Qasımlı, Ə.Qaraşov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimov da münsiflər heyətinin üzvü kimi iştirakçıların çıxışlarını qiymətləndirənlər arasında olublar.
Ardından yüksək nəticə göstərmiş və II tura keçid üçün nailiyyət əldə etmiş gənc aşıqların adı, soyadı və ümumi balları barədə Kamilə Dadaş-zadə tərəfindən məlumat verilib.
O, uğur qazanmış bütün iştirakçıları – İ.Hüseynovu, T.Alxanovu, N.Cəlalzadəni, V.Bəylərovanı, R.Rüstəmovu, o cümlədən R.Mürsəlovanı, A.Abbasovanı, S.Nağıyevi, Z.Məhəmmədovanı, S.Pənahovu, Ə.Məhərrəmzadəni, həmçinin M.Cəfərovanı, K.Əkbərovu təbrik edib və müsabiqənin növbəti mərhələsinin 15 may 2026-cı il tarixində keçiriləcəyini zala toplaşanların diqqətinə çatdırıb.
Qeyd edək ki, iştirakçıların seçimi münsiflər heyəti tərəfindən qəbul edilmiş beş meyar – oxuma qabiliyyəti, saz ifaçılığı, repertuar seçimi, mətn seçimi və tələffüzü, səhnə mədəniyyəti və artistizim əsasında aparılıb. İfaçılar vokal-instrumental növə aid olan iki aşıq havasını ifa ediblər.
İlk tur 13 nəfər ifaçının növbəti mərhələyə keçid alması ilə uğurla yekunlaşıb.

Возможно, это изображение ‎скрипка, кларнет и ‎текст "‎من Musabiqasi 14 14-15may Bakı, 2026-cril zarbaycan Milli Konservatoriyası ်မြိး‎"‎‎

Возможно, это изображение один или несколько человек и текст

Возможно, это изображение текст

Возможно, это изображение скрипка

Возможно, это изображение скрипка

Нет описания фото.

Возможно, это изображение текст

Возможно, это изображение скрипка, саксофон, труба, динамик, кларнет, гобой и флейта

Возможно, это изображение кларнет, скрипка, гитара и текст

Возможно, это изображение скрипка, динамик, кларнет, саксофон, помост и текст

Возможно, это изображение гобой, кларнет, флейта, скрипка, саксофон и текст

Возможно, это изображение арфа, скрипка, гобой, флейта, кларнет и текст

Возможно, это изображение кларнет, гобой, флейта, скрипка и текст

Возможно, это изображение кларнет, скрипка, гитара, осветительное оборудование, флейта и текст

Возможно, это изображение арфа, скрипка, гобой, флейта, кларнет, помост и текст

Возможно, это изображение скрипка и текст

Возможно, это изображение саксофон, гобой, гитара, кларнет, флейта, скрипка и текст

Возможно, это изображение скрипка и текст

Возможно, это изображение кларнет, скрипка, гитара и флейта

Возможно, это изображение осветительное оборудование, гитара, кларнет, скрипка, флейта и текст

Возможно, это изображение гобой, скрипка, гитара, флейта, саксофон и кларнет

Возможно, это изображение флейта, кларнет, гитара, скрипка и текст

Возможно, это изображение скрипка, флейта и текст

Возможно, это изображение скрипка и текст

Возможно, это изображение гитара, динамик, скрипка, кларнет и текст

Возможно, это изображение флейта, кларнет, скрипка, гобой и текст "茶 14-15may Bakı, 2026-cril и3и ervatoriyass"

Возможно, это изображение скрипка и текст

Возможно, это изображение скрипка и текст

Возможно, это изображение саксофон, скрипка, кларнет, флейта и гобой

Возможно, это изображение кларнет, флейта, скрипка и текст

Возможно, это изображение динамик, помост и текст

Возможно, это изображение один или несколько человек и текст

Возможно, это изображение флейта, скрипка и кларнет