12 may 2026-cı il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Milli Konservatoriyasının təqdimatında “Mirasdan müasirliyə” adlı hesabat konserti keçirilib.
Konsert proqramı bir il ərzində Azərbaycan Milli Konservatoriyası ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə həyata keçirilmiş “Nəsillərin dialoqu” layihəsinin yekun tədbiri və AMK nın müəllim və tələbələrinin konserti kimi təqdim edilib.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə çıxış edərək hesabat konserti barədə məlumat verib. Rektor “Mirasdan müasirliyə” layihəsinin milli musiqi irsinin qorunması, ifaçılıq ənənələrinin yaşadılması və müasir sənət düşüncəsi ilə təqdim olunması baxımından əhəmiyyətini vurğulayıb.
Musiqili proqramda ilk olaraq dahi bəstəkar Ü. Hacıbəylinin “Cəngi” əsəri ifa edilib. Dirijorlar Ellada Məmmədova və Aysel Bağırovanın rəhbərliyi, Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Xalq artisti Ənvər Sadıqov və tələbələri, Mənsum İbrahimov, Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov, Emil Əfrasiyab, Təyyar Bayramov, Bəyimxanım Vəliyeva, Ramil Qasımov, Zenfira İsmayılova, Fəridə Məmmədova və tələbələri, Salman Qəmbərov, Pikə Axundova, İbrahim Babayev və tələbələri, eləcə də Arifə İmanova, Nurəddin Tağıyev, “Naz” vokal ansamblı, Mədinə Şahgəldiyeva, Taleh Yahyayev, Leyla Abdulrəhimova, Natavan Həsənova, Surə Rufət Həsənli, Cəlalə İsmayılzadə və baş müəllim Svetlana Əhmədova çıxış ediblər.
Konsert proqramında konsertmeysterlər Ağarəhim Salah və Zərrin Muradova, zərb alətləri ifaçıları Siyavuş Kərimov və Səyyar Teymurov, “Naz” vokal ansamblı (bədii rəhbər: Xanımana Məmmədzadə), Konservatoriyanın tələbələrindən ibarət xor kollektivi (bədii rəhbər və dirijor: Əməkdar müəllim Təranə Yusifova), eləcə də Tamara Nəhmədova iştirak ediblər.
“Mirasdan müasirliyə” adlı hesabat konserti Azərbaycan Milli Konservatoriyasının milli musiqi ənənələrinin qorunması, gənc istedadların inkişafı və peşəkar musiqi təhsilinin təbliği istiqamətində gördüyü işlərin parlaq nümunəsinə çevrilib.

Возможно, это изображение скрипка и кларнет

Возможно, это изображение помост, Овальный кабинет и текст

Возможно, это изображение цветок и свадьба

Возможно, это изображение фортепиано

Возможно, это изображение гобой, арфа, скрипка и кларнет

Возможно, это изображение труба, гобой, аккордеон, скрипка, кларнет и саксофон

Возможно, это изображение скрипка, гобой, кларнет, арфа и фортепиано

Возможно, это изображение скрипка, аккордеон, гитара, арфа и кларнет

Возможно, это изображение скрипка, кларнет, фортепиано и гобой

Возможно, это изображение один или несколько человек, гобой, кларнет, скрипка, арфа, флейта, аккордеон, гитара и текст

Возможно, это изображение кларнет, скрипка, труба, гобой, саксофон, латунь и аккордеон

Возможно, это изображение скрипка, фортепиано, кларнет, гобой, арфа и флейта

Возможно, это изображение скрипка, фортепиано, кларнет и арфа

Возможно, это изображение гитара, арфа, скрипка, кларнет и гобой

Возможно, это изображение музыкальный инструмент

Возможно, это изображение кларнет и скрипка

Возможно, это изображение фортепиано и скрипка

Возможно, это изображение фортепиано

Возможно, это изображение один или несколько человек и текст

Возможно, это изображение один или несколько человек, свадьба и текст

Возможно, это изображение один или несколько человек и текст

Нет описания фото.

Возможно, это изображение один или несколько человек

Нет описания фото.

Возможно, это изображение один или несколько человек, цветок и текст

Возможно, это изображение скрипка

Возможно, это изображение арфа, гобой, скрипка и кларнет