08 may 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Bakı zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Konservatoriyanın rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə Heydər Əliyevin milli-mədəni yaddaşın qorunması istiqamətində həyata keçirdiyi strateji xəttin Azərbaycan humanitar düşüncəsindəki yeri və əhəmiyyətindən bəhs edib.
Konfrans çərçivəsində Heydər Əliyev irsinin siyasi, mədəni və milli-mənəvi kontekstdə müxtəlif aspektləri işıqlandırılıb. Natiqlər arasında yer alan xalq artisti, professor Mənsum İbrahimov çıxışı zamanı Ulu öndərin muğam sənətinə göstərdiyi diqqət və qayğının milli musiqi ənənələrinin qorunması, inkişafı və beynəlxalq miqyasda tanıdılması baxımından mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə müxtəlif mövzularda elmi məruzələr təqdim olunub. AMK-nın professor-müəllim heyətindən Jalə Qulamova “Azərbaycan musiqisi və elmində Heydər Əliyev imzası”, Jalə Məhərrəmova “Totalitar rejim şəraitində milli kimliyin qorunması strategiyasının Heydər Əliyev mərhələsi”, əməkdar artist Bəyimxanım Vəliyeva isə “Heydər Əliyev Fondunun Azərbaycan xalq musiqisinin inkişafında rolu” mövzularında çıxış ediblər. Tələbələrdən Aytac Tağızadə “Naxçıvanın iqtisadi-siyasi blokadasının aradan qaldırılmasında Heydər Əliyevin rolu”, Fidan Rüstəmova “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Ulu öndərin roluna dair”, Ruzim Məmmədov isə “Heydər Əliyev Azərbaycan Milli Konservatoriyasının yaradıcısı kimi” mövzusunda məruzələr təqdim ediblər.
Elmi hissə bədii proqramla davam etdirilib. Tələbə Amin Əsgərli Ulu öndərə ithaf etdiyi qəzəli səsləndirib. Daha sonra Heydər Əliyevin sevdiyi ifalardan “Küçələrə su səpmişəm” xalq mahnısı İsmayıl Məmmədovun təqdimatında, Rəhimə Qurbanovanın müşayiəti ilə ifa olunub. Leyla Əliyevanın “Elegiya” şeiri Zeynəb Bağır tərəfindən qiraət edilib. Tədbirin sonunda isə Müslüm Maqomayevin Nəbi Xəzrinin sözlərinə bəstələdiyi “Azərbaycan” əsəri Firuz Əliyevin ifasında, Aslan Məmmədovun müşayiəti ilə təqdim olunub.

 

Возможно, это изображение один или несколько человек и люди учатся

Нет описания фото.

Возможно, это изображение один или несколько человек

Возможно, это изображение помост

Нет описания фото.

Нет описания фото.

Нет описания фото.

Возможно, это изображение динамик

Нет описания фото.

Нет описания фото.

Нет описания фото.

Возможно, это изображение гобой, кларнет, флейта и фортепиано

Возможно, это изображение кларнет, скрипка и фортепиано

Возможно, это изображение фортепиано и кларнет

Возможно, это изображение учеба

Возможно, это изображение один или несколько человек и люди учатся

Возможно, это изображение один или несколько человек