29 aprel 2026-cı il tarixində AMK nın Fikrət Əmirov zalında “Sərhədləri aşan Azərbaycan muğamı” adlı beynəlxalq simpozium çərçivəsində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Alim Qasımov və Azərbaycan əsilli kanadalı xoreoqraf Saşar Zərifin iştirakı ilə “Səma” adlı konsert proqramı keçirilib.
Konsertdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Kamilə Dadaş-zadə, AMK nın professor-sənətkar heyəti, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Proqram çərçivəsində Saşar Zərifin tədqiqatlarını, yaradıcılıq axtarışlarını və sənət fəaliyyətini əks etdirən qısa film təqdim olunub.
Sənətkarları muğam qrupunun üzvləri — Əməkdar artist Rauf İslamov, Zəki Vəliyev, Rafael Əsgərov və Cavidan Nəbiyev müşayiət ediblər.
“Səma” konsert proqramı muğam sənətinin mənəvi dərinliyini səmavi rəqsin səhnə ifadəsi ilə birləşdirən kompozisiya kimi təqdim edilib.

Возможно, это изображение один или несколько человек, помост и толпа

Возможно, это изображение труба, кларнет, скрипка, свадьба и помост

Возможно, это изображение кларнет

Нет описания фото.

Возможно, это изображение кларнет, труба, гобой, аккордеон, саксофон, латунь и скрипка

Возможно, это изображение аккордеон, скрипка и текст

Возможно, это изображение текст

Возможно, это изображение танцы

Нет описания фото.

Нет описания фото.

Возможно, это изображение скрипка, флейта и кларнет

Нет описания фото.