08 aprel 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına Böyük Zalında “İnstrumental muğam” kafedrasının professor,müəllim və tələbələrinin iştirakı ilə “Dəraməd və rənglərimiz” adlı konsert keçirilib.
Konsertdə xalq artistləri, professorlar Ağasəlim Abdullayev, Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Malik Mansurov,Elçin Həşimov,tarzən Murtuza Əsədullayev, əməkdar artist,dosent Elnur Əhmədov, əməkdar artist, baş müəllim Şirzad Fətəliyev, baş müəllimlər Rövşən Qurbanov və Aysu Sadıqova, müəllimlər Arifə İmanova, Rəşad İbrahimov, Rüstəm Müslümov, Əkbər Osmanov, eləcə də ifaçılar Siyavuş Kərimov, Səyyar Teymurov, Fidən Hacıəliyeva, Dəniz Məmmədli, Fatimə Tahirova, Kəmalə İsakova, Leyla Tağıyeva və Nihad Kamilli iştirak ediblər.
Proqramın zəngin repertuarında “Vilayəti-dilkəş”, “Bayatı-Şiraz”, “Mirzə Hüseyn Segahı”, “Mahur”, “Şur”, “Segah”, “Şahnaz” və “Zabul” muğamlarının dəraməd və rəngləri ustad və tələbələrin ifasında yüksək yaradıcılıq peşəkarlığı ilə səsləndirilib.
Gurultulu alqış sədaları altında davam edən tədbirin sonunda Azərbaycan Milli Konservatoriyasının Elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova çıxış edərək təqdim olunan konsert proqramına yüksək qiymət verib, bu istiqamətdə yaradıcılıq ənənələrinin davamlılığının vacibliyini vurğulayıb və instrumental muğam kafedrasının ustad sənətkarlarına təşəkkürünü ifadə edib.
Daha sonra “İnstrumental muğam” kafedrasının müdiri, Azərbaycan Respublikasının xalq artisti Malik Mansurov və tədbirə qonaq qismində qatılmış Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova çıxış edərək tədbirin əhəmiyyəti ilə bağlı fikirlərini bildiriblər.
Tədbirə Elm, yaradıcılıq və beynəlxalq əlaqələr mərkəzinin yaradıcılıq işləri üzrə mütəxəssisi Zeynəb Bağır aparıcılıq edib.

Возможно, это изображение кларнет и труба

Возможно, это изображение кларнет и скрипка

Возможно, это изображение кларнет, скрипка и гобой

Возможно, это изображение скрипка, труба, гобой, саксофон, флейта и кларнет

Возможно, это изображение труба, скрипка и кларнет

Возможно, это изображение флейта, скрипка, саксофон, гобой, кларнет и труба

Возможно, это изображение гобой, труба, скрипка, саксофон, флейта и кларнет

Возможно, это изображение саксофон, труба, кларнет, аккордеон, гобой, скрипка и гитара

Возможно, это изображение гобой, труба, саксофон, кларнет, флейта, гитара, скрипка и аккордеон

Возможно, это изображение кларнет, аккордеон, скрипка, гобой, труба, гитара и саксофон

Возможно, это изображение скрипка, саксофон, кларнет, гобой, флейта, труба и текст

Возможно, это изображение труба, скрипка, флейта, саксофон, гобой и кларнет

Возможно, это изображение скрипка, гитара, кларнет, труба и аккордеон