Возможно, это изображение текст

Qədim dövrlərdən etibarən xalqımızın mənəvi həyatında dərin kök salmış Novruz bayramı milli-mədəni dəyərlərimizin formalaşmasında mühüm rol oynamış, nəsildən-nəslə ötürülərək zəngin irs nümunəsi kimi bu günə qədər qorunub saxlanılmışdır. Təbiətlə insanın vəhdətini ifadə edən bu bayramda xalqımızın həyat fəlsəfəsi, dünyagörüşü və estetik təfəkkürü dolğun şəkildə əks olunur.

Azərbaycan Milli Konservatoriyası Novruz bayramı münasibətilə xalqımızı təbrik edir, hər bir ailəyə firavanlıq, sevinc və ruzi-bərəkət arzulayır.

Novruz bayramınız mübarək.