17 mart 2026-cı il tarixində Yasamal Rayon İcra Hakimiyyəti,YAP Yasamal rayon təşkilatı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə AMK nın Fikrət Əmirov adına konsert zalında “Şəhərsalma və memarlıq fəaliyyətində milli ənənələr” adlı bayram konserti təşkil olunub.
Tədbirdən əvvəl Azərbaycan Milli Konservatoriyasının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
Konsertin əvvəlində Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Novruz bayramına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış ediblər. Çıxışçılar Novruz bayramının Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutduğunu, birlik və həmrəyliyin rəmzi olduğunu vurğulayıb, bu bayramın artıq azad edilmiş Qarabağ torpaqlarında qeyd olunmasının xüsusi qürur hissi doğurduğunu bildiriblər.
Bayram konsertinin bədii hissəsində təqdim olunan proqramda Xalq artistləri Nəzakət Teymurova və Azər Zeynalov, Əməkdar artistlər Emil Əfrasiyab və Bəymxanım Vəliyeva, muğam müsabiqələri laureatları Ülkar Abdullayeva, Mirəli Sarzade və Rauf Cəfərov, Əməkdar artist Əliağa Sədiyev, Əməkdar müəllim Naibə Şahməmmədova, Xəyyam Məmmədov, Araz Qasemi, Reza Mohammədi, Murad Əhədov, Adəm Zərbəliyev, Yusif Rüstəmov, Vüqar Nəcəfov və Səbuhi İsmayılovun iştirakı ilə xalq mahnıları, muğam nümunələri səsləndirilib.
“Yeni nəfəs” qrupunun ifasında (bədii rəhbər Əməkdar artist İlham Nəcəfov) “Xarıbülbül” rəqsi, Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivinin ifasında Ramiz Mirişli və Fikrət Qocanın “Bayram axşamlarında” əsəri səsləndirilib (bədii rəhbər və dirijor Gülay Mahmudova). Aləm Qurbanovun rəhbərliyi ilə aşıqlar dəstəsinin çıxışı təqdim olunub.
Tədbirin aparıcılığı Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin yaradıcılıq işləri üzrə mütəxəssisi Zeynəb Bağır tərəfindən həyata keçirilib.
Tədbirin sonunda Azərbaycan Milli Konservatoriyasının həyətində bayram tonqalı qalanıb. Tonqal ətrafında Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin şagirdlərindən ibarət kollektivi tərəfindən rəqs nömrəsi nümayiş olunub. Tədbir bayram ab-havası ilə yadda qalıb.

Возможно, это изображение скрипка и текст

Нет описания фото.

Нет описания фото.

Нет описания фото.

Возможно, это изображение кларнет

Нет описания фото.

Возможно, это изображение один или несколько человек и толпа

Возможно, это изображение один или несколько человек и текст

Возможно, это изображение помост

Возможно, это изображение один или несколько человек, музыкальный инструмент и текст "হणत oun"

Возможно, это изображение кларнет, скрипка и текст

Возможно, это изображение текст

Нет описания фото.

Возможно, это изображение кларнет, скрипка, флейта и текст

Возможно, это изображение толпа

Возможно, это изображение телевизор и фортепиано

Возможно, это изображение один или несколько человек, скрипка и текст

Возможно, это изображение скрипка и фортепиано

Возможно, это изображение арфа, кларнет, флейта, труба, гобой, скрипка и текст

Возможно, это изображение огонь и Бранденбургские ворота

Возможно, это изображение один или несколько человек, огонь и толпа

Возможно, это изображение огонь

Возможно, это изображение огонь

Возможно, это изображение один или несколько человек и толпа

Возможно, это изображение огонь и Бранденбургские ворота

Нет описания фото.

Возможно, это изображение осветительное оборудование, скрипка, помост и текст

Возможно, это изображение скрипка, кларнет и текст

Возможно, это изображение текст "vatoriyasi öyük Zal"