Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 250 nəfər tələbə üçün nəzərdə tutulmuş “Həmkarlar ittifaqı təqaüdü”nə Azərbaycan Milli Konservatoriyasının tələbələri layiq görülüblər.
Təqaüd alanlar sırasında Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri ifaçılığı (tar) ixtisası üzrə II kurs magistr tələbəsi Samir Əsədli, vokal sənəti (xanəndə) ixtisası üzrə IV kurs tələbəsi Ülkər Abdullayeva, vokal sənəti (milli vokal) ixtisası üzrə III kurs tələbəsi Sara Hüseynova və bəstəkarlıq ixtisası üzrə III kurs tələbəsi Lalə Piriyeva yer alıblar.
Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Milli Konservatoriyasının tədris məsələləri üzrə prorektoru Nizami Əsədov və AMK HİK-in sədri Fərdin Məmmədzadə iştirak ediblər.
Təqaüd proqramı yüksək akademik nəticələr və ictimai fəallıq göstərən tələbələrin stimullaşdırılmasına xidmət edir.
Azərbaycan Milli Konservatoriyası olaraq təqaüdə layiq görülən tələbələrimizi təbrik edirik.



