7 mart 2026-cı il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Milli Konservatoriyası və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi olan

“Nəsillərin dialoqu” adlı silsilənin üçüncü konsert proqramı keçirilib.

Konsert proqramının əvvəlində giriş sözü söyləmək üçün Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə və Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının “Milli vokal” kafedrasının müdiri Azər Zeynalov səhnəyə dəvət olunublar.

Rektor öz çıxışında Xalq artisti Azər Zeynalovun Azərbaycan vokal sənətinin inkişafındakı xidmətlərindən bəhs edib, eyni zamanda “Nəsillərin dialoqu” layihəsinin sənət ənənələrinin qorunması və nəsillər arasında yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, həmçinin tədbirin 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etməsini qeyd edərək qadın həmkarları və qonaqları bayram münasibətilə təbrik edib.

Xalq artisti Azər Zeynalov isə öz çıxışında Azərbaycanda və İtaliyada keçdiyi təhsil yolu, ustadı Alemano Osvaldo və onun ustadı Mario del Monako haqqında danışıb. O, həmçinin həmin gün konsert proqramında iştirak edəcək varis tələbələrini səhnəyə dəvət edib.

Konsert proqramında səhnədə üç nəsli təmsil edən sənətkarların yaradıcılıq ardıcıllığı nümayiş olunub.

Ustad qismində Azərbaycanın Xalq artisti Azər Zeynalov, onun tələbələri Xalid Hacıyev, Adil Həsənov və Taleh Yəhyayev, həmçinin onların tələbələri Altun Süleymanov və Leyla Əbdülrəhmanova çıxış ediblər.

İfaçıları konsertmeysterlər Rəhimə Qurbanova və Aliyə Ağayeva müşayiət edib.

Tədbirdə Azərbaycan və dünya opera klassikasından nümunələr səsləndirilib.

“Nəsillərin dialoqu” layihəsi çərçivəsində təqdim olunan bu konsert proqramı tamaşaçıların böyük marağı və alqışları ilə qarşılanaraq uğurla yekunlaşıb.

Нет описания фото.

Возможно, это изображение скрипка

Возможно, это изображение учеба, скрипка и толпа

Возможно, это изображение один или несколько человек

Возможно, это изображение скрипка, фортепиано, кларнет и гобой

Возможно, это изображение фортепиано

Возможно, это изображение фортепиано, гобой, скрипка, саксофон и кларнет

Возможно, это изображение скрипка и фортепиано

Возможно, это изображение фортепиано и скрипка

Возможно, это изображение один или несколько человек

Возможно, это изображение скрипка, кларнет, фортепиано и гобой

Возможно, это изображение фортепиано, гобой, кларнет и скрипка

Возможно, это изображение кларнет, фортепиано, гобой, скрипка и флейта

Возможно, это изображение кларнет, гобой, фортепиано, скрипка и текст

Возможно, это изображение скрипка

Возможно, это изображение фортепиано и кларнет

Нет описания фото.

Нет описания фото.

Возможно, это изображение фортепиано, кларнет, скрипка и гобой

Возможно, это изображение скрипка, фортепиано, гобой и кларнет

Возможно, это изображение фортепиано и скрипка

Возможно, это изображение кларнет и скрипка

Возможно, это изображение кларнет, фортепиано и скрипка

Возможно, это изображение фортепиано, кларнет, саксофон, скрипка и гобой