Azərbaycan Milli Konservatoriyasının Dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov 23–28 fevral 2026-cı il tarixində Zaxari Paliaşvili adına Tbilisi Opera və Balet Teatrında Rucero Leonkavallonun “Paqliacci” (“Məzhəkəçilər”) operasına dirijorluq etmək üçün dəvət alaraq Gürcüstan Respublikasına səfər edib.

“Paqliacci” (“Məzhəkəçilər”) operasının premyera tamaşasında Gürcüstan Respublikasının mədəniyyət naziri Tinatin Ruxadze və prezident Mixeil Kavelaşvilinin həyat yoldaşı Tamar Baqrationi iştirak ediblər. Premyera Tbilisi opera səhnəsində böyük əks-səda yaradıb.