2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2026-cı il tarixli 911 nömrəli Sərəncamına əsasən Azərbaycan Milli Konservatoriyasının vokal ixtisası üzrə müəllimi Tağızadə Mahir Tahir oğlu “Gənclər üçün Prezident Mükafatı”na layiq görülmüşdür.

Azərbaycan Milli Konservatoriyasının kollektivi adından Mahir Tağızadəni təbrik edir, ona gələcək yaradıcılıq və pedaqoji fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!