Azərbaycan Milli Konservatoriyasının Milli vokal kafedrasının müəllimi, Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Afaq Abbasova İtaliyanın Roma şəhərində keçirilən International Opera Awards 2025 çərçivəsində “Stella Bella Lirica” xüsusi mükafatına layiq görülüb.

Sözügedən mükafat Afaq Abbasovanın klassik vokal ifaçılığı sahəsində formalaşmış sənətkarlıq üslubunun, yüksək peşəkar səviyyəsinin və beynəlxalq opera mühitində qazandığı nüfuzun rəsmi təzahürü kimi qiymətləndirilir.

Azərbaycan Milli Konservatoriyasının kollektivi adından Afaq Abbasovanı qazandığı beynəlxalq uğur münasibətilə səmimi-qəlbdən təbrik edir, ona yaradıcılıq fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq.