11 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasının kollektivi, ustad sənətkarları, professor-müəllim və tələbə heyəti müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.
Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin məzarı önünə tər çiçəklər düzərək, onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, mədəniyyət, incəsənət və musiqi sahələrinin inkişafına göstərdiyi misilsiz xidmətlərə, eləcə də Azərbaycan Milli Konservatoriyasının yaradılmasının təşəbbüskarı kimi milli musiqi təhsilinə verdiyi əvəzsiz töhfələrə dərin hörmət və ehtiramla yad ediblər.








