Azərbaycan Respublikasının Üçrəngli bayrağı türk mənşəyimizi, müasir dövlətçilik düşüncəmizi və milli-mənəvi dəyərlərimizi özündə birləşdirən ali rəmzdir.

Bayraq, tarixin ən çətin dönəmlərindən boylanan milli qürur, istiqlal ruhu və azadlıq idealının təcəssümüdür.

Xalqımızı Dövlət Bayrağı Günü münasibətilə səmimi qəlbdən təbrik edirik.

Üçrəngli bayrağımız daim elmin, incəsənətin və musiqinin zirvəsində dalğalansın!

Azərbaycan Milli Konservatoriyası