Bu əlamətdar gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi igidlik, milli həmrəylik və qətiyyət rəmzidir.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının sarsılmaz iradəsi, azadlıq və ədalət idealına sədaqətin parlaq göstəricisidir.
Zəfər bayramı milli qürurumuz, Vətən sevgimiz və müstəqillik ruhumuzun təntənəsidir.
Qoy Zəfərimizin ucalığı daim yaşasın, gələcək nəsillərə vətənpərvərlik, birlik və qürur hissi aşılasın.
Şəhidlərimizin əziz xatirəsi qarşısında dərin ehtiramla baş əyir, xalqımıza daim sülh, rifah və tərəqqi arzulayırıq.
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
