Azərbaycan Milli Konservatoriyasının Populyar Musiqi və Caz İfaçılığı kafedrasının tələbələri “Jazz Baharı – 2025” Gənc Vokalçılar Müsabiqəsində iştirak ediblər.
Kafedranın müəllimi, Əməkdar artist Şölə Səfərəliyevanın bədii rəhbəri olduğu “Septima” vokal qrupunun üzvləri: Anara Məmmədova, Leyla Ulubəyli, Sahilə Həsənova, Şəms Baxşəliyeva, Mahnı Həsənzadə, Fatimə Əlizadə və Kənan Əliyev müsabiqədə xüsusi diplomlarla təltif olunub.
Tələbəmiz Aminə Hacıyeva “Jazz Baharı – 2025” Gənc Vokalçılar Müsabiqəsində I yerin qalibi olub.
Müəllim Əməkdar artist, Şölə Səfərəliyevanı və tələbələrini bu böyük uğur münasibətilə təbrik edir, onlara gələcək yaradıcılıq fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.