Təbrik edirik!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Prezident mükafatına layiq görülən sənətkarlar və incəsənət xadimləri sırasında Azərbaycan Milli Konservatoriyasının dəyərli əməkdaşları da yer alıb.
Xalq artisti, Milli vokal kafedrasının müdiri Azər Zeynalov,
Populyar musiqi və caz ifaçılığı kafedrasının müdiri,
Əməkdar artist Emil Əfrasiyab, Milli vokal kafedrasının müəllimləri : Xalq artisti Gülnaz İsmayılova, əməkdar artist Fəridə Məmmədova, Əməkdar artist İnarə Babayeva, Dirijorluq kafedrasının müəllimi, əməkdar incəsənət xadimi Sevil Hacıyeva.
Muğam (xanəndə) kafedrasının müəllimi, rejissor, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Instrumental muğam kafedrasının müəllimləri : Valeh Rəhimov, Rövşən Qurbanov.
Azərbaycan Milli Konservatoriyasının kollektivi adından dəyərli əməkdaşlarımızı Prezident mükafatına layiq görülmələri münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!