Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdam Muğam Mərkəzinin açılış mərasimi və konsert proqramı keçirilib.
Mərasimdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar İncəsənət Xadimi, Sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə, AMK-nın elmi işlər üzrə prorektoru, Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova, AMK-da pedaqoji fəaliyyətlə məşğul olan sənətkarlarımız iştirak ediblər.
AMK-nın “Muğam” (xanəndə) kafedrasının müdiri, Xalq artisti, professor Mənsum İbrahimov, Xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, Aygün Bayramova, Əməkdar artistlər Təyyar Bayramov, Elnur Zeynalov. Rəşad İbrahimov, Təbriz Yusubov, Rüstəm Müslümov,” Xalq çalğı alətləri” kafedrasından Əməkdar artistlər Təranə Əliyeva, Çinarə Heydərova, Kamran Kərimov, “İnstrumental Muğam” kafedrasından Xalq artisti Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov və Toğrul Əsədullayev Ağdam Muğam Mərkəzinin açılışında keçirilən konsert proqramında yer alıblar.
“Muğam” (xanəndə ) kafedrasından Əməkdar incəsənət xadimləri Aqil Məlikov, Hafiz Quliyev.
Əməkdar artistlər Gülüstan Əliyeva, Cabir Abdullayev, İlkin Əhmədov, Babək Niftəliyev. Əməkdar müəllim Qəsənfər Abbasov,
baş müəllim Mahmud Salah, müəllimlər Aytən Məhərrəmova, Rəşad İbrahimov, Təbriz Yusubov və Rüstəm Müslümov, İnstrumental muğam kafedrasından Xalq artisti Möhlət Müslümov,Ağasəlim Abdullayev, Munis Şərifov, Əməkdar artistlər Şirzad Fətəliyev, Rauf İslamov, müəllimlər Aysu Sadıqova, Siyavuş Kərimov , “Xalq çalğı alətləri” kafedrasından , Xalq artisti Şəfiqə Eyvazova, Əməkdar artist Sahib Paşazadə, Professor, Elmlər Doktoru Abbasqulu Nəcəfzadə,” Milli vokal” kafedrasından əməkdar artist Yaqut Abdullayeva, “Dirijorluq” kafedrasından Xalq artisti Ağaverdi Paşayev Ağdam Muğam Mərkəzinin açılış mərasimində iştirak ediblər.
Qeyd etmək lazımdır ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Mərkəz, Qarabağ bölgəsində qədim muğam sənətinin işğaldan əvvəlki şöhrətinin bərpası, bu sənətin tədrisi və təbliği, habelə gənc nəsildə muğama olan sevginin aşılanması məqsədilə yaradılıb.
İşğaldan azad olunmuş torpaqlara qədəm qoymaq və burada Azərbaycan incəsənətini, o cümlədən muğamı yaşatmaq, bizim üçün böyük qürur mənbəyidir.