Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 may 2025-ci il tarixində imzaladığı sərəncama əsasən,
Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti, ustad sənətkar Arif Babayev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” mükafatına layiq görülüb.
Azərbaycan Milli Konservatoriyası adından ustad sənətkar, muğam xiridarı, Azərbaycan mədəniyyətinin və muğam sənətinin inkişafında misilsiz xidmətləri olan Xalq artisti Arif Babayevi bu yüksək mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar və davamlı nailiyyətlər arzulayırıq.