Azərbaycan Dillər Universitetində (ADU) “Milli musiqi mədəniyyətimizlə bağlı söhbətlər” layihəsi çərçivəsində Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının müdiri, professor Mənsum İbrahimovun iştirakı ilə görüş təşkil edilib. Tədbirdə “Qarabağ” muğam ansamblı çıxış edib.
Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, Xalq yazıçısı Kamal Abdulla, bu layihənin Azərbaycan Dillər Universiteti ilə Azərbaycan Milli Konservatoriyası arasındakı əlaqələrə töhfə verəcəyini vurğulayıb. Mənsum İbrahimov isə Azərbaycan Milli Konservatoriyası ilə ADU arasında yaradılan əlaqələrin gələcək perspektivlərindən söz açaraq, ortaq layihələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.