Azərbaycan Milli Konservatoriyasının fəal tələbələri Tələbə Gənclər Təşkilatında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən müxtəlif nominasiyalar üzrə təltif edilmişdir.
Təltifetmə mərasimi Azərbaycan Milli Konservatoriyasının Elmi Şurasında keçirilmiş və mükafatları konservatoriyanın rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə təqdim etmişdir.
AMK kollektivi adından tələbələri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.