Azərbaycan Milli Konservatoriyasının Dirijorluq Kafedrasına yeni müdir təyin olunub.
20 dekabrda keçirilən Dirijorluq Kafedrasının iclasında, 27 dekabrda isə AMK-nın Elmi Şurasında səsvermə yolu ilə yekdilliklə bəstəkar-pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pikə Axundova Dirijorluq kafedrasının müdiri vəzifəsinə təyin edilib. Ona təbriklərimizi çatdırır və gələcək fəaliyyətində uğurlar arzulayırıq.