Azərbaycan Milli Konservatoriyasının Heyəti COP 29 Yunanıstan Pavilyonunun Açılışında İştirak Edib.
Bakı, 2024-cü il, 13 noyabr – Bu ilki COP 29 İqlim Dəyişikliyi Konfransı çərçivəsində, Yunanıstan Respublikasının pavilyonunun açılış mərasimində Azərbaycan Milli Konservatoriyasının (AMK) nümayəndələri iştirak ediblər.Mərasimdə Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis və Azərbaycanın Yunanıstandakı Səfiri, həmçinin, Yunanıstanın yüksək vəzifəli şəxsləri ilə yanaşı, AMK-nın tələbə və müəllim heyəti də yer alıb.Yunanıstan Respublikasının Azərbaycandakı Səfiri Xristos Kapodistrias-ın dəvəti ilə Azərbaycan Milli Konservatoriyasının “Populyar Musiqi və Caz” Kafedrasının müəllimi, əməkdar artist Şölə Səfərəliyeva və tələbələr açılış mərasimində möhtəşəm musiqi proqramı ilə çıxış ediblər. Tələbələrdən I kurs magistrantı Babək Əfəndi, III kurs tələbəsi Əminə Hacıyeva və I kurs magistr tələbəsi Nigar Rəhimova da bu tədbirdə iştirak ediblər.Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Aygül Əhmədova da tədbirdə yer alaraq, mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi və inkişafına dair müzakirələrdə iştirak edib.Açılış mərasimində təqdim olunan musiqi proqramı xüsusilə diqqət çəkib. Əməkdar artist Şölə Səfərəliyeva və tələbələri Yunan musiqisinin məşhur nümayəndələrindən Mikis Theodorakis -in “Omorfi Poli” (Beautiful City) əsərini, eləcə də Azərbaycan Xalq Mahnısı “Qubanın Ağ Alması”nı ifa ediblər. İfaçılıq və musiqi dünyasının bu gözəl harmoniyası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.Azərbaycan Milli Konservatoriyasının iştirak etdiyi bu önəmli və beynəlxalq tədbir, ölkəmizin mədəniyyətini və musiqisini dünyada tanıtmaq məqsədini daşıyır, eyni zamanda bir Musiqi təhsili ilə dünyaya səs salan Universitet olaraq beynəlxalq musiqi mühitindəki mövqeyimizi gücləndirir.