4 noyabrda Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında Etnomusiqişünaslıq kafedrasının təşəbbüsü ilə Xalq Artisti, Şərəf və Şöhrət ordenli Siyavuş Kəriminin 70 illik yubileyinə həsr olunmuş Elmi -praktiki konfrans keçirilib.
Konfransda Azərbaycan Milli Konservatoriyasının prorektoru, Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova,
Məruzəçilər : Azərbaycan Milli Konservatoriyasının “Musiqinin tarixi və nəzəryyəsi ” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi , Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Akif Quliyev “Siyavuş Kərimi musiqi təhsilimizin islahatçısı kimi”,
Azərbaycan Milli Konservatoriyasının Etnomusiqişünaslıq kafedrasının müdiri,sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Jalə Qulamova “Siyavuş Kəriminin beynəlxalq musiqi layihələri”, AMK -nın “Musiqi tarixi və nəzəriyyəsi ” fakültəsinin dekanı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Cəmilə Mirzəyeva “Siyavuş Kəriminin dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi əsərləri”,
Azərbaycan Milli Konservatoriyasının İfaçılıq fakültəsinin dekanı , Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səadət Verdiyeva “Siyavuş Kəriminin mahnı yaradıcılığı”,
İmtahan mərkəzinin rəhbəri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Leyla Quliyeva “Siyavuş Kəriminin “Nəsimi” operası” mövzusunda məruzəçilər bir -birindən maraqlı mövzularla çıxışlar etdilər, konfransda məruzələrə əlavə olaraq Siyavuş Kəriminin musiqi əsərlərı ilə yanaşı əcnəbi musiqi əsərləri də ifa olundu. Musiqi əsərlərini “Populyar musiqi və caz ifaçılığı ” kafedrasının müəllim və tələbələri təqdim etdilər : AMK-nın müəllimi , Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mübariz Əliyev, Əməkdar artist Şölə Səfərəliyeva , Xalq artisti İlqar Muradov, Əməkdar artist Eldar Məmmədov, Elvin Fəridli, Əməkdar artist, Prezident təqaüdçüsü “Populyar musiqi və caz ifaçılığı kafedrası”nın müdiri Emil Əfrasiyab. Tələbələr : Günel Qasımova,Nigar Rəhimova,Babək Əfəndi musiqi əsərləri ifa etdilər.
Konfrans” Nəsimi” operasından xor ifasıyla başa çatdı.
İfa etdilər Dirijorluq kafedrasının AMK-nın tələbələrindən ibarət “Şəms Qəmər” kamera xoru. Bədii rəhbər dosent Leyla Zalıyeva- müşaiət AMK-nın “Fortepiano kafedrası”nın müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın dosenti, Əməkdar müəllim Naibə Şahməmmədova.
Konfransda Xalq artisti Siyavuş Kəriminin yaradıcılığını əks etdirən videoçarxlar təqdim olunub. Çox zəngin proqramla ərsəyə gələn Elmi praktıkı konfrans xoş təəsüratlarla sona çatıb.
Elm sahəsində yetərincə nailiyyətləri olan Azərbaycan Milli konservatoriyasının Elmi işlər Üzrə prorektoru, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova başda olmaqla bütün məruzəçilərə təşəkkür edirik və musiqi nömrələrinə görə Populyar musiqi və caz kafedrasına minnətdarıq. Bütün iştirakçıları təbrik edirik.