Bu il İspaniyanın Barselona şəhərində keçirilən “Fiestalonia Mileno” müsabiqəsində, 15 ölkənin, o cümlədən mənfur Ermənistanın 8 ifaçı ilə iştirak etdiyi yarışmada Azərbaycan Milli Konservatoriyasının Populyar musiqi və caz ifaçılığı kafedrasının III kurs tələbəsi Mehdi Rzayev ( Karan) və Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının (balaban üzrə bakalavr, maqistratura dərəcələrinin məzunu) Anar Vəlizadə Azərbaycan Milli musiqisini Beynəlxalq səhnədə layiqincə təmsil ediblər.
Bu qələbə, Azərbaycan mədəniyyəti üçün əhəmiyyətli bir uğurdur. Karan və Anar, uğurlu çıxışları nəticəsində kubok və İspaniya Krallığının şəxsi möhürü ilə təsdiqlənmiş diplomlarla təltif olunublar. Azərbaycan musiqisinin beynəlxalq arenada daha çox tanınması üçün böyük bir addım atan ifaçılarımızı bu böyük uğur münasibəti ilə təbrik edirik.Daha böyük zirvələr arzu edirik.
Azərbaycan Milli Konservatoryasının yaranma missiyası Milli musiqimizin təbliğatı, milli irsimizin unudulmamasıdır. Bu yolda addımlar atan AMK ailəsi adından sizi təbrik edirik.