6 Noyabr tarixində Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin dəvəti ilə Qazaxıstan Kurmanqazı adına Milli Konservatoriyanın tələbələri növbəti təcrübə üçün Azərbaycan Milli Konservatoriyasına ezam olunublar. Təcrübə çərçivəsində Azərbaycan Milli Konservatoriyasının Professoru, Sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə , AMK-nın Beynəlxalq Departamentinin rəhbəri Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aygül Əhmədova tələbələri Qobustan Dövlət tarixi- Bədii qoruğuna Ekskursiyaya aparıblar. Burada tələbələr Ümumdünya və irsi siyahısına salınmış, Mədəniyyət və turizm nazirliyinin nəzdində olan Qoruğun muzeyində olublar. Muzey bələdçisi onlara tarıxı eksponatlarla bağlı ətraflı məlumat verib. Qobustan qayalarının üzərində çəkilmiş e. ə. 12-8 əsrlərə aid olan 4-5 mindən artıq rəsm çizgilərinin içində rəqs və ov çalarlarını izləyiblər. Onlar üçün böyük marağa səbəb olan Cingirdağdaki Qavaldaş Musiqi aləti Qədim Qobustanlıların böyük ixtirası kimi qiymətləndirilən bu qədim musiqi alətində hətta ifa da ediblər. Ekskursiya tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Müəllimlər Abbasqulu Nəcəfzadə və Aygül Əhmədova onlara məlumatlar verib. Tələbələr xoş təəsüratlarla ekskursiyadan dönüb. Qazaxıstan Kirmanqazı adına Milli konservatoriyanın tələbələri : Zinor Nuray, Sailybayev Syrymbet Kydürmyrat Assel, Abylgazin Yeleman, Nurcali Tolebi, İbadulla Shadiyar, Kürgyzbay Bayan, Temir Zhansaya . Uğurlar diləyirik.