28 oktyabrda Azərbaycan Milli Konservatoriyasının rektoru xalq artisti Siyavuş Kəriminin təşəbbüsü ilə yaradılmış növbəti musiqi saatı keçirilib. Tələbə Gənclər Təşkilatının ərsəyə gətirdiyi bu dəfəki musiqi saatında. AMK -nın rektoru xalq artisti Siyavuş Kərimi,elmi işlər üzrə prorektor əməkdar incəsənət xadimi Lalə Hüseynova,Tədris işləri üzrə prorektor Malik Quliyev, Rektorun müşaviri Riad Quliyev, Etnomusiqişünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova,Musiqinin Tarixi və Nəzəriyyəsi kafedrasının müdiri əməkdar incəsənət xadimi Akif Quliyev, Populyar Musiqi və Caz İfaçılığı kafedrasının müdiri Əməkdar artist Emil Əfrasiyab ,TGT sədri Ayxan İmanov,tələbələr iştirak edib. Çıxış edən tələbələr “Xanəndə ( muğam)” Kafedrasının tələbələri : Nərgiz Cabbarova II kurs müəllim: Əməkdar Artist Təyyar Bayramov. Müşayiət : Tar – IV kurs tələbəsi Rəsul Hacızadə,Kamança Yarən Quluzadə,Nağara -Nİcat Quliyev.
Elman İmanov II kurs, müəllim : Əməkdar artist Nuriyyə Hüseynova Müşayiət: tar Bəhlul Hacıyev, ( Qazi) Kamran Eldarov – IV kurs,müəllim : Xalq Artisti Zabit Nəbizadə. Etnomusiqişünaslıq kafedrası, Musiqişünaslıq-Arzu Xəlilova Maqistr II kurs Musiqi nəzəriyyəsi. Mövzu :Muasir musiqidə qeyri-adi notasiya sistemi İnstrumental Muğam Kafedrası : Kəmalə İsakova( qanun ifaçısı) Bu dəfə Qanun ifaçısı olan Kəmalə İsakova. Rektor xalq artisi Siyavuş Kəriminin müşayiətində Unuda Bilmirəm adlı musiqi əsərini ifa edib. AMK -nın Rektoru Xalq artisti Siyavuş Kərimi Musiqi saatının sonunda öz səmimi çıxışında bıldirib. “Musiqi saatının məqsədi Azərbaycan Milli konservatoriyasının tələbələrinin özlərini ifaları ilə təsdiq etməsidir” Bu gün ifa olunan əsərlər,musiqişünas tələbənin Elmi mühazirəsi və Qanun ifaçısı tələbənin gözəl səslə musiqi əsərini ifa etməyi böyük marağa səbəb oldu .Hər həftə olduğu kimi bu dəfə də xalq artisti Siyavuş Kərimi tələbələrə tövsiyələr verib və yardıcılıq uğurları arzulayb. O qeyd edib ki “musiqi saatı” sənət mübadiləsidir burada hər kəs musiqiçidir müəllim tələbə yoxdur yalnılz musiqi və musiqiçi var.Təqdirəlayiq və mudrik yanaşmadır.Bol yaradıcılıq uğurları diləyirik.