24 oktyabrda Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında Etnomusiqişünaslıq kafedrasının Professoru, Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas, musiqişünas, Dosent Fəxrəddin Salimin “Divan”qəzəllər kitabı təqdimatı keçirilib .Təqdimatda -Azərbaycan Milli Konservatoriyasının Rektoru, Xalq artisti Siyavuş Kərimi, AMK-nın professor, müəllim, tələbə
heyəti çıxış edib. Çıxışçılar -Azərbaycan Milli Konservatoriyasının Elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi Lalə Hüseynova,
“Divan” kitabının naşırı və kitabın ərsəyə gəlməsinin təşəbbüskarı Əzizə Cəfərzadə yadıgarı Turan İbrahimov, Əməkdar incəsənət xadimi, qəzəlxan Hacı Aqil Məlikov, Gənc tədqiqatçı, şair Azər Fəraqi, Azərbaycan Milli Konservatoriyasının Professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadə, Gənc şair Rüstəm Tofiq, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, Prezident təqaüdçüsü, şair Fərid Hüseyn.
Tədbir boyu Fəxrəddin Salimin qəzəllərini xanəndələr ifa edib. Xalq artisti Teyyub Qurbanov. Müşayiət: Əməkdar artistlər Əliağa Sədiyev, Toğrul Əsədullayev. Əməkdar müəllim Qəzənfər Abbasov. Müşayiət : İlhamiz İsmayılov, Araz Ağaverdiyev. Xanəndə Güllü Muradova. Müşayiət : Araz Ağaverdiyev,Nicat Quliyev. Gənc xanəndə Sərxan Mirzəyev. Müşayiət : Cəlil Həziyev, Səid Cabbarlı. Gənc xanəndə Aydan Süleymanzadə. Müşayiət: Səxavət Məmmədov, Abuzər Əsgərli. Gənc xanəndə, Beynəlxalq muğam müsabiqəsi laureatı Daşqın Kürçaylı. Müşayiət: Əfqan İsgəndərov, Cahandar Mikayılov. Qeyd etməliyik ki, təqdimata “Divan”ın redaktoru və ön söz müəllifi Ömər Bayram, Güney Azərbaycandan Ustad Hüseyn Atarut və İsa Şükrü videobağlantı ilə qatılıb.Təqdimatın sonunda AMK-nın professoru, Filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salim Mövlanə zikrini ifa edərək təşəkkürünü bildirib. Yaradıcılıq uğurları diləyirik