18 sentyabr Azərbaycan Milli Кonservatoriyasının Fikrət Əmirov adına böyük zalında
UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) “Türk Dünyasında Musiqi və Rəqs” və “Qlobal Musiqi Tarixi” Araşdırma Qruplarının “Qədim mirasın əks-sədaları: musiqi və rəqs irsinin öyrənilməsi” adlı
birgə Simpoziumunun öz işinə srart verdi. Azərbaycan musiqisinin dühası, unudulmaz, əvəzolunmaz bəstəkar Üzeyir Hacıbəylinin 139 illik doğum gününə həsr olunmuş simpoziumun açılış mərasimində Mədəniyyət Nazirinin müavini Murad Hüseynov , Azərbaycan Milli Konservatoriyasının Rektoru Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Musiqi dünyasından elm xadimləri, Beynəlxalq Simpoziuma təşrif buyurmuş əcnəbi qonaqlar iştirak edib. Moderator : Çahangir Səlimxanov. Qeyd etməliyik ki, Simpozium Elmi işlər üzrə prorektor, Əməkdar İncəsənət xadimi Lalə Hüseynovanın təşəbbüsü və səyi nəticəsində ərsəyə gəlib.
Konfransı Azərbaycan Milli Konservatoriyasının Rektoru, Xalq artisti Siyavuş Kərimi öz cıxışı ilə açıq elan edib. Azərbaycan Respublikasının himni səslənib, 44 günlük müharibədə canlarından keçmiş şəhidlərimizin ruhunu yad etmək üçün bir dəqiqəlik sükut elan olunub.
AMK-nın Rektoru, Xalq artisti Siyavuş Kərimi qonaqları salamladıqdan sonra sözü Mədəniyyət Nazirinin müavini Murad Hüseynova söz verilib.
O, öz çıxışında Azərbaycan Milli Konservatoriyasının bütün heyətini Milli Musiqi Günü münasibəti ilə təbrik etdi. Uzeyir Hacıbəylinin adı ilə bağlı olan Beynəlxalq simpoziumda uğurlar və nailiyyətlər dilədi.
Qeyd etməliyik ki, simpozium sentyabr ayının 22-nə qədər maraqlı rəngarəng mövzular ilə davam edəcək.