18 Sentyabr Milli musiqi günündə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Konservatoriyası, Türk Dünyasında Musiqi, Rəqs və Qlobal musiqi tarixi üzrə İCTMD araşdırma qrupu, Bakı Xoreoqrafiya Akademiyasının birgə layihəsi olan
“Mirasın əks sədaları : musiqi və rəqs irsində naviqasıya” mövzusunda simpozium keçiriləcək.. Ötən tədris ilindən hazırlıqları gedən bu möhtəşəm Beynəlxalq Simpoziumda əməyi olan bütün yaradıcı heyətə uğurlar diləyirik.
Azərbaycan Milli Konservatoriyasının tələbə və müəllim heyətinin Simpoziumda böyük maraqla iştirak edəcəyindən əminik.