18 sentyabr Azərbaycanın dahi bəstəkarı, peşəkar musiqi sənətimizin banisi, musiqişünas-alim, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olduğu gündür.
Ümummilli lider Heydər Əliyevin Üzeyir bəyin 110 illiyi münasibətilə 1995-ci ildə imzaladığı fərmana əsasən, böyük bəstəkarın doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Hər il bu münasibətlə silsilə tədbirlər keçirilir. Azərbaycan Milli Konservatoriyası da bir musiqi məbədi kimi Musiqi günü ilə bağlı
18 sentyabr saat 10:30 da “Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir” keçirəcək.
Əziz tələbə və müəllim heyəti, hər birinizi Azərbaycan musiqisinin əvəzolunmaz, dahi bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyan Milli Musiqi günü münasibəti ilə təbrik edirik. Tədbir iştirakçılarına uğurlar diləyirik.