21 iyun tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə
“Qərbi Azərbaycana qayıdış ” Festival Konqres keçirilib. Konqresdə iştirak edən bir çox nüfuzlu Universitetlər sırasında Azərbaycan Milli Konservatoriyası da yer tutub. Festival Konqresdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, rektorun müşaviri Riad Quliyev, “Populyar musiqi və caz ifaçılığı” kafedrasının müdiri, Əməkdar artist Emil Əfrasiyab,
Əməkdar artistlər : Nuriyyə Hüseynova, Gülüstan Əliyeva, Ehtiram Hüseynov, Ramil Qasımov iştirak ediblər. Festival Konqres iştirakçıları Konqresdən öncə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinın Baş meydanında yerləşən abidəsi önünə gül dəstəsi qoyub, xatirəsini yad ediblər. Muzey eksponatları ilə tanış olublar. Konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, sərgilər, musiqi nömrələri, ədəbi bədii kompozisiyalar təqdim olunub. Qərbi Azərbaycandan olan iki gəncin toyunun keçirilməsi də Konqres çərçivəsində həyata keçirilib. “Qərbi Azərbaycana qayıdış” Festival Konqres qonaqların və iştirakçıların böyük maraq və sevincinə səbəb olub.