ORCID: 0009-0007-8339-3944
Email: mammadali.mammadov@mail.ru
“Milli alətlərin bərpası və təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Mirəli oğlu Məmmədov 1951-ci ildə Salyan rayonunda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə tələbəlik illərindən başlayan M.Məmmədov AMEA-nın “Dərin Neft və Qaz Yataqlarının Problemləri” İnstitutunda laborant, baş laborant, texnik, baş texnik, mühəndis və elmi işçi vəzifələrində işləyib. 2011-ci ilə kimi AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında elmi işçi, daha sonra isə həmin laboratoriyada bu günə kimi rəhbər vəzifəsində çalışır. O, xalq çalğı alətlərinin rekonstruksiyası, bərpası və yeni diapazonlu milli alətlərin yaradılması ilə məşğul olur. Onun təkmilləşmə işləri milli alətlərin köklənmə sistemində, qol ilə çanağın keyfiyyətli birləşməsində, onlar arasındakı bucağın tənzimlənməsində, alətin kövrəkliyinin aradan qaldırılmasında və s. özünü göstərir.
M.Məmmədovun hazırladığı “Qarabağ kamanı” (müəlliflər: S.Kərimi, M.Məmmədov), “Ud-Mən”, “İrs”, “Sevgililər”, “Azərbaycan” və digər musiqi alətləri Müəllif Hüquqları Agentliyində qeydiyyata alınmışdır. M.Məmmədov üzərində təkmilləşdirmə apardığı alətlər barədə mütəmadi olaraq AMK-nın “Konservatoriya” adlı elmi nəşrində müxtəlif elmi məqalələrinin çapı ilə də məşğul olur.
“Əsrlərin sədası” ansamblı
“Əsrlərin sədası” ansamblının “Nəsiminin 650 illiyinə həsr edilmiş festival”ın açılış mərasimində Heydər Əliyev mərkəzində təşkil edilmiş müasir bəstəkarların əsərlərindən ibarət konsert proqramında çıxışı. Dirijor Orxan Həşimov, Bakı, 28 sentyabr, 2019-cu il.
Məmmədəli Məmmədovun çap edilmiş elmi məqalələrinin siyahısı:
- Məmmədov M.M. Musiqi alətlərimizin təkmilləşdirilməsinə ehtiyac var. “Reytinq” qəzeti. 2 may, 2010-cu il. S. 15.
- Məmmədov M.M. Milli sərvətimiz olan tara diqqət və qayğı hər birimizin vəzifəsidir. “Sənət” qəzeti. 15/ 05- 14/ 06 2010-cu il. S. 5.
- Kərimi S.Ə, Abdullayev A.S, Məmmədov M.M. “Tar çanağında konstruktiv dəyişikliklər etməklə səs effektinin yaxşılaşdırılması”. “Konservatoriya” elmi nəşri №3 (17), 2012. S. 62-65.
- Kərimi S.Ə, Dadaşov F.Ə, Məmmədov M.M. “Kamançada səs effektinin yaxşılaşdırılması”. “Konservatoriya” elmi nəşri №4 (18), 2012. S. 78-81.
- Məmmədov M.M. “Qarabağ kamanı və elektro kamança”.“Konservatoriya” elmi nəşri №1 (15), 2012. S. 68-75.
- Kərimi S.Ə, Fətəliyev Ş. Məmmədov M.M. “Dördbucaq formalı balabanın layihəsi”. “Konservatoriya” elmi nəşri №1 (27), 2015. S. 68-72.
- Kərimi S.Ə, Fətəliyev Ş. Məmmədov M.M. “Zurna musiqi alətində təkmilləşdirmə işi”. “Konservatoriya” elmi nəşri № 2 (28), 2015. S. 57-61.
- Məmmədov M.M. “Tar alətinin ölçü sistemlərinin elmi əsaslarla təyin edilməsi” “Konservatoriya” elmi nəşri №2 (32), 2016. S. 34-45.
- Məmmədov M.M. “Təkmilləşmiş qolça qopuz və yaylı qopuz”. “Konservatoriya” elmi nəşri №4 (34), 2016. S. 79-82.
- Мамедов M.M. Нужно добиваться признания нашей музыкальнойкультуры на международном уровне. / Газ. «Азербайджанские Известия». 9 июля, 2014 года. С. 1-3.
- “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının 10 ildə keçdiyi yola baxış elmi məqalə. Konservatoriya jurnalı. 2011 № 4, səh. 74-84. http://konservatoriya.az/lib/Konservatoriya%202011-4m.pdf
- Qarabağ kamanı və elektro kamança. Elmi məqalə Konservatoriya jurnalı. 2012 № 1, səh.68-75. http://konservatoriya.az/lib/Konservatoriya%202012-1.pdf
- Tar alətinin ölçü sistemlərinin elmi əsaslarla təyin edilməsi. Elmi məqalə. 2016 № 2 səh. 34-45
- http://konservatoriya.az/lib/Konservatoriya%202016-2.pdf
- Təkmilləşmiş qolça qopuz və yaylı qopuz. Elmi məqalə. Konservatoriya jurnalı. 2016 № 4 səh. 79-82. http://konservatoriya.az/lib/Konservatoriya%202016-4.pdf
- Tar alətinin ölçü sistemlərinin elmi əsaslarla təyin edilməsi. Elmi məqalə Konservatoriya jurnalı. 2016 № 2 səh. 34-45
- http://konservatoriya.az/lib/Konservatoriya%202016-2.pdf
- Təkmilləşmiş qolça qopuz və yaylı qopuz. Elmi məqalə. Konservatoriya jurnalı. 2016 № 4 səh. 79-82. http://konservatoriya.az/lib/Konservatoriya%202016-4.pdf
- Qədim musiqi aləti – Şahrud elmi məqalə. Mədəniyyət dünyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 2018 XXXV buraxılış. səh. 62-67
- “Möhtəşəm musiqi aləti”. Elmi məqalə. Mədəniyyət.az 2018 № 321 səh. 82-83
- Bərpa olunmuş Şedırğu. Elmi məqalə. Konservatoriya jurnalı. 2019 № 1 səh. 18-20. http://konservatoriya.az/lib/Konservatoriya-2019-1.pdf
- Yektay musiqi alətinin bərpası və təkmilləşdirilməsi. Elmi məqalə. Atlas international Congress on Social sciences 7. Budapest, Hungary. 2020
- 23-25 sentyabr, -səh. 688-700 https://www.atlasconference.org/_files/ugd/614b1f_8ec5936b936648fabc749422ce159914.pdf
- Bir sıra musiqi alətlərinin bərpası və təkmilləşdirilməsinə dair (Kontur rübab, kaman (yay), təkmilləşmiş Cəğanaq və yatuqan). Elmi məqalə. Konservatoriya jurnalı. 2023 № 1 səh. 40-46. http://konservatoriya.az/wp-content/uploads/2023/09/Konservatoriya.-2023-1.pdf
- Yeni bərpa edilmiş musiqi alətləri. konfrans materialı Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri XVII Beynəlxalq elmi-praktik konfrnas. Az. Dövlət Mədəniyyət və İncəsənət Universiteti 2018 – səh. 216-220
- Роль научно-исследовательской лаборатории АНК в развитии начионального музыкального инструментария konfrans materialı. Материалы международной научно-практической конференции «Актуальные проблемы современной музыкальной тюркологии» Алматы 2018 səh. 97-99
- Azərbaycanda yeni milli musiqi alətlərinin yaradılması zərurətləri. konfrnas materialı Beynəlxalq musiqi təhsili cəmiyyəti 33-cü Dünya Konfransı, Türk Dünyası oturumu. Bakı/Azərbaycan 2018 15-20 iyul, -səh. 293-300. http://konservatoriya.az/ISME/2018.pdf
- Saz musiqi aləti ailəsinin əmsalları və ölçü sistemlərinin təyin edilməs. konfrans materialı. Qloballaşan dünyada musiqi ənənələri II beynəlxalq elmi-praktik konfrans. Azərbaycan Milli Konservatoriyası. 202214-16 noyabr – səh. 174-181. http://konservatoriya.az/konfrans/2022.pdf
- Azərbaycan xalq çalğı alətlərinin təkmilləşdirilməsi. Monoqrafiya Bakı – Red N Line MMC 2018 – 233 səh.
- Tarın əmsallarının, və tar ailəsinin ölçü sistemlərinin təyin edilməsi. Kitab Bakı – Red N Line MMC 2019 -44 səh.
- Saz musiqi alətlərinin əmsallarının və ölçü sistemlərinin təyin edilmsi Kitab Bakı – Red N Line MMC 2019 -32 səh.
- Kamança əmsallarının, kamança ailəsinin və kamanlı alətlərinin ölçü sistemlərinin təyin edilməsi. Kitab. Bakı – Red N Line MMC 2019 -44 səh.
- Yektay qədim milli musiqi aləti. Kitab. Bakı – Red N Line MMC. 2020 -48 səh.