Lalə Şirməmməd qızı Hüseynova
ORCID: 0000-0002-0877-8410
Email: lala-abi@mail.ru

 

Azərbaycan Milli konservatoriyasının elmi işlər üzrə prorektoru, musiqişünas-pedaqoq, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Lalə Hüseynova.

Hüseynova Lalə Şirməmməd qızı 1962-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini əla attestatla, 1985-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Tarix-nəzəriyyə” fakültəsini fərqlənmə diplomu ilə musiqişünas, musiqi tənqidçisi və musiqi-nəzəri fənlərin müəllimi ixtisasları üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqında başlamış və 30 ilə yaxın bir dövrdə məsləhətçi, baş məsləhətçi, məsul katib ( 2002-2012) və katib (2012-2014) vəzifələrində çalışmışdır. 1987-ci ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür, 1990-2019-illərdə isə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olmuşdur. 2005-2015-ci illərdə əvəzçilik ilə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasında “Türk xalqlarının musiqisi”, “Mənbəşünaslıq”, “Azərbaycan xalq musiqisinin əsasları”, “İxtisas” fənlərindən dərs demiş, 2008-ci ildən həmin kafedranın dosenti olmuşdur. 2005-ci ildə “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Bəstəkarlar İttifaqının rolu və əhəmiyyəti” mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru adına layiq görülmüşdü. 2006-2018-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Estetika” kafedrasında “Dünya musiqi mədəniyyəti tarixi”, “Azərbaycan musiqi tarixi” fənləri üzrə baş müəllim vəzifəsində çalışmışdır.

L. Hüseynova 2015-ci ildən Azərbaycan Milli Konservatoriyasında Elmi işlər üzrə prorektor, 2016-cı ildən “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının professorudur. Eyni zamanda “Konservatoriya” elmi jurnalının baş redaktorudur.

Xüsusi qeyd etmək istərdik ki, bu yaxınlarda L. Hüseynovanın uzun illər tədris etdiyi və proqramlarını yazdığı “Türk xalqlarının musiqisi” fənnindən ilk böyük dərs vəsaiti işıq üzü görmüşdür. Burada əksər türk xalqlarının ənənəvi musiqisi barədə kifayət qədər məlumatlar, elmi müddəalar öz əksini tapmışdır. Bu vəsaitin hazırlanması prosesində L. Hüseynova dəfələrlə bir sıra türksoylu ölkələrə səfər etmiş, bu sahədə geniş əlaqələr qurmuş və bunun nəticəsidir ki, Azərbaycan Milli Konservatoriyasında bu aktual mövzu ilə əlaqədar bir sıra mötəbər konfranslar, o cümlədən Milli Konservatoriyada ilk dəfə olaraq Musiqi təhsili üzrə Beynəlxalq İSME təşkilatının Bakıda keçirilən dünya konfransı çərçivəsində “Türk xalqlarının musiqisi” adlı ayrıca elmi sessiya təşkil edilmiş və bu sessiyaya müxtəlif ölkələrin musiqi üzrə tanınmış türkoloq alimləri qatılmışdı.

Elmi işlər üzrə prorektor kimi çalışdığı müddətdə L. Hüseynova Milli Konservatoriyada elmi mühitin canlanması işinə öz töhfəsini vermişdir. Ali musiqi ocağımızda beynəlxalq elmi konfransların keçirilməsi ənənəsinin başlanmasını xüsusi qeyd etmək lazımdır. O, bu layihələrin bilavasitə təşəbbüskarı və təşkilatçısı olub. 2017-ci ildə ilk dəfə olaraq keçirilən “Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda Beynəlxalq elmi-praktik konfransda 10-yaxın xarici ölkədən, o cümlədən ABŞ, Kanada və Yaponiyadan nüfuzlu alimlər iştirak etmişdi. Daha sonra 2018 və 2022-ci illərdə baş tutmuş beynəlxalq konfranslarda çox böyük mövzu dairəsi əhatə edilmişdi. Eyni zamanda AMK rəsmi orqanı olan “Konservatoriya” elmi jurnalının müasir dövrün tələblərinə uyğun (rəsmi saytın hazırlanması, beynəlxalq redaksiya heyətinin qurulması və s.) hazırlanması, habelə elmi axtarışların və tədris prosesinin müzakirəsinə həsr olunmuş seminar və müzakirələrin mütəmadi xarakter alması, Tələbə Elmi cəmiyyətinin işinin canlanması L. Hüseynovanın fəaliyyətinin nəticəsidir. Onu da qeyd etmək lazımdır ki, 2015-ci ildən etibarən Azərbaycan Milli Konservatoriyasında xarici tələbə və müəllim heyətinin elmi təcrübəyə gəlməsi də mütəmadi xarakter almışdır. L. Hüseynova dəfələrlə Təhsil və Elm nazirliyinin təşkilatçılığı ilə keçirilən Gənc Tədqiqatçıların respublika konfransında musiqişünaslıq üzrə bölmə iclaslarının moderatoru təyin edilmişdir.

L.Hüseynovanın yaradıcılığında maarifçilik və lektorluq fəaliyyəti də geniş yer tutur. O, 1985-ci ildən etibarən müxtəlif illərdə televiziyada 100-ə yaxın musiqi verlişlərinin – “Xaqani, 27 – Azərbaycan Bəstəkarlar İttifaqından”, “Opera musiqisinin şedevrləri”, “Bəstəkar və ifaçılarımızın portreti”, “Azərbaycan musiqisində qəhrəmanlıq mövzusu”, “Kino və musiqi”, “Musiqi xəzinəsi”, “Musiqili ekran” verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Mütəmadi olaraq konsert və musiqi gecələrində ön sözlə çıxış edir.

L. Hüseynova Azərbaycan musiqi mədəniyyətində göstərdiyi xidmətlərə görə və Milli Konservatoriyanın 20 illiyi ilə əlaqədar 2020-ci ildə Respublika Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar incəsənət xadimi” Fəxri adına layiq görülmüşdür.

Elmi əsərləri:

  1. Böyük sənətkar ömrü /A.Məlikov-60/. Məqalə. Bakı., “İncəsənət” qəzeti. 19.11.1993
  2. Azərbaycan Bəstəkarlar İttifaqı – 60” kitabı (1955-64-ci illərə aid fəsil (azərb. və rus dil.). Kitab. Bakı., Səda, 1996, – 112 s.
  3. Sönməz musiqi ocağı. / Bülbül ad. Orta ixtisas musiqi məktəbi – 70. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı. 1999, № 1, s. 89-96 http://www.musigi-dunya.az/Magazine1/articles/sonmaz/SonPage1.html
  4. Семь дней, которые потрясли Баку. Первый Бакинский фестиваль классической музыки. Məqalə. Bakı., “Azərbaycan-İrs” jurnalı, 1999, № 3-4
  5. Ханэндэ – таинственный и неповторимый. Məqalə. Bakı., “Azərbaycan-İrs” jurnalı. 1999. № 3-4
  6. Əbədi bir günü yada salarkən. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı 2000, № 1, s. 12-14
  7. http://www.musigi-dunya.az/Magazine2/articles/03/03.html
  8. Gənclərin yaradıcılıq forumu. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı. 2000, № 1, s. 24 http://www.musigi-dunya.az/Magazine2/articles/06/061.html
  9. Musiqinin böyük ipək yolu” I Bakı klassik musiqi festivalı. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı. 2000, № 1, s. 135-136 http://www.musigi-dunya.az/Magazine2/articles/31/31.html
  10. Tərlan / Pianoçu T.Rəhimova haqda. Məqalə Bakı., “Şərqi” jurnalı 2000 payız – s. 42
  11. Mahnı diqqət mərkəzindədir. Məqalə . Bakı., “Musiqi dünyası” jurnalı. 2000 № 2 s. 3-9 http://www.musigi-dunya.az/Magazine3/articles/01/01.html
  12. Çağırtılara hay verək. / M.Quliyev – 65/. Məqalə. Bakı., “Şərqi” jurnalı 2001 bahar
  13. Azərbaycan Bəstəkarlar İttifaqının Uşaq musiqisinə həsr olunmuş Plenumu. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı, 2002, № 1-2, s. 21-27
  14. Azərbaycan bəstəkarlarının yeni kamera musiqisi (təəssüratlar və mülahizələr). Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı 2002, № 3-4,s. 3-6 http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=176
  15. Azərbaycan Bəstəkarlar İttifaqının Plenumu. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı, 2003, № 1-2/15, s. 3-9
  16. Xor musiqisi festivalı. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı. 2003 № 1-2/17, s. 4-8 http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=263
  17. Vətən yanğısı ilə… Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı, 2003 № 1-2 s. 26-31
  18. Yeni ictimai-siyasi şəraitdə Azərbaycan Bəstəkarlar İttifaqının rolu və əhəmiyyəti. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı. 2003, № 1-2, s. 18-20
  19. Sumqayıt: Səyyar Plenumdan qeydlər. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı. 2003 № 3-4 s. 9-11 http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=264
  20. Tara vurğunluqla… Məqalə. Bakı., “Şərqi” jurnalı 2003 № 1 s. 19-20
  21. Məhəbbət əfsanəsi: ədəbi mənbədən baletə doğru. Məqalə . Bakı., “Musiqi dünyası” jurnalı 2003, № 3-4, s. 191-195 http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=285
  22. Azərbaycan Bəstəkarlar İttifaqının xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərə həsr edilmiş Plenumu. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı 2004, № 1-2/19,s. 3-6 http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=304
  23. Azərbaycan Bəstəkarlar İttifaqı – 70. Tariximizi vərəqləyərkən. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı 2004 № 3-4 s. 22-55 http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=361
  24. Qız qalası”nın böyük uğuru. Məqalə. Bakı., “Min bir mahnı” jurnalı.” ədəbi-bədii jurnal. 2004. № 1
  25. Azərbaycan Bəstəkarlar İttifaqının Plenumu. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı. 2004. № 3-4. s. 62-66 http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=367
  26. Azərbaycan Bəstəkarlar İttifaqının tarixindən. 1948-ci il həqiqətləri. Məqalə. Bakı., “Mədəni-maarif” jurnalı 2005 № 7
  27. Şərq operasının ilk qadın bəstəkarı. Məqalə. Bakı., “Vəfa” ədəbi-bədii jurnal 2005 № 2-3
  28. Üzeyir Hacıbəyovun ictimai fəaliyyətinin açılmamış səhifələri: Azərbaycan Bəstəkarlar İttifaqının tarixindən. Məqalə. Bakı., “Qobustan” toplusu. 2005. № 3
  29. Azərbaycan Bəstəkarlar İttifaqının tarixində önəmli mərhələ. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı 2005 № 3-4. http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=509
  30. Naxçıvan Muxtar Respublikasında keçirilmiş səyyar plenumun müzakirəsi. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı. 2005 № 3-4. http://www.musigi-dunya.az/new/read_ma gazine.asp?id=471
  31. Bakının festival tarixindən səhifələr. Məqalə. Bakı., “Caz dünyası” jurnalı 2006 № 8. (Azərbaycan və ingilis dillərində)
  32. Bakı – Şostakoviçin musiqisi ilə 7 gün. Məqalə, “High-Level” jurnalı (Azərbaycan və ingilis dillərində), 2006 iyul
  33. Naxçıvan təəssüratları: Bəstəkar Tofiq Bakıxanovun yubileyindən qeydlər. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı. 2006 № 3-4/29. s. 20-21http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=627
  34. Bəstəkar və müəllimi anarkən. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı. 2006 № 3-4/29 s. 133-134http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=674
  35. Üzeyir Hacıbəyov ensiklopediyası üçün məqalələr. Kitab. Bakı., Şərq-Qərb. 2007, -262 s.
  36. Aqşin Əlizadənin musiqi dünyası düşüncə və mülahizələrdə. Məqalə. Bakı., “Qobustan” jurnalı 2007, № 4, s. 21-25
  37. Novator sənətkar Aqşin Əlizadənin yaradıcılıq estetikasına nəzər. Məqalə. Bakı., “Elm və həyat” jurnalı. 2007, № 5-6 s. 35-36
  38. Musiqi. Orta ümumtəhsil məktəblərinin V sinfi üçün dərslik. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Kitab, Bakı., Kövsər 2007 – 96 s.
  39. Naxçıvan Bəstəkarlar İttifaqının 30 illik yubileyi. Məqalə. Bakı., “Musiqi dünyası jurnalı 2008 № 3-4/37 s. 9-10. http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=963
  40. Mədəniyyətlərin dialoqu musiqi dili ilə. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı2008 № 3-4/37 s. 11. http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=964
  41. Yeni premyera, yeni uğur. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı. 2008 № 1-2/35 s. 4-25
  42. Azərbaycan Bəstəkarlar İttifaqının Şəkidə yeni bölgə təşkilatı açıldı. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı. 2009 № 1-2 s. 8-9
  43. Şərq-Qərb musiqi dialoqunun təntənəsi. Məqalə. Bakı., “Musiqi dünyası jurnalı2009 № 1-2/39 s. 9. http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=1033
  44. Qadına məhəbbətlə. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı. 2009 № 1-2/39 s. 12-13
  45. Azərbaycan Bəstəkarlar İttifaqının tarixindən. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı. 2009, № 3-4, s. 18-21
  46. Vaqif Mustafazadə: caz dünyasının sadiq və bənzərsiz cəngavəri. Məqalə. Bakı., “Qobustan” toplusu. 2010 № 1 s. 16-19
  47. Azərbaycan Bəstəkarlarının Antologiyası”. (140 bəstəkarın yaradıcılığı haqqında məlumat kitabı). Kitab, Bakı., Azərsun, 2010 – 88 s.
  48. Azərbaycan Bəstəkarlar İttifaqı: böyük yolun tarixi” (1934-2009). Monoqrafiya Bakı., EL, 2010, – 480 s.
  49. Azerbaycan – land of musik festivals. Məqalə. Bakı., “İrs – Heritage” journ., (ingilis dilində) 2011. Summer, s. 34-39. https://irs-az.com/new/pdf/201301/1358767016765620719.pdf
  50. Bəstəkar Tofiq Bakıxanovun yaradıcılığı musiqi festivalı müstəvisində. Məqalə. Bakı. “Musiqi dünyası” jurnalı. 2011. № 1, s. 14-15
  51. Azerbaijan pais de festivales musicales… Məqalə. Bakı., “İrs-Herencia” journ., (ispan dilində) 2011, № 1, s. 60-63. https://irs-az.com/new/pdf/201110/1318838893505819701.pdf
  52. Üzeyir Hacıbəylinin musiqi ictimai fəaliyyəti Azərbaycan Bəstəkarlar İttifaqının timsalında. Konfrans materialı. Bakı., Ü.Hacıbəylinin 125, BMA-nın 90 illik yubileylərinə həsr olunmuş Respublika elmi-praktik konfransının materialları. 2011
  53. Aqşin Əlizadə Publisistik irsi. Məqalələr Müsahibələr” (tərtibçi – redaktor). Kitab, Bakı., Avrasiya Press, 2012, – 523 s.
  54. Niyazi. Biblioqrafiya. /
  55. Azərbaycan musiqisinin maеstro Niyazi zirvəsi”. Kitab Bakı., 2012, – 200 s. http://anl.az/down/Niyazi.pdf
  56. İpək yolunun” sədaları və rəngləri: IV Beynəlxalq Şəki Musiqi Festivalından qeydlər. Məqalə. Bakı., “Musiqi dünyası” jurnalı. http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=1632 2013, № 3 (56), s. 4-7
  57. Azərbaycanda virtuoz tar ifaçılığının inkişafına dair. Konfrans materialı. Bakı., “Muğam aləmi” III Beynəlxalq Elmi Simpoziumunun Materialları. 2013, – s. 126-130
  58. Zemfira Qafarova. Buklet. Bakı., Şərq-Qərb, 2014, – 32 s.
  59. Жизнь великого немца – Рихарда Вагнера на азербайджанском языке. Məqalə. Bakı., “Kultura.az” mədəniyyət və incəsənət portalı. 2014. https://www.kultura.az/ru/article/2417/
  60. Fələk – Şərq xalqlarının inanclarında, poeziya və musiqisində. Konfrans materialı. Bakı., “Konservatoriya” jurnalı http://konservatoriya.az/?p=989 2015 № 1 (27) s. 88-95
  61. Yeni əsrin yeni nəfəsləri. Məqalə. Bakı., “Mədəniyyət.az” jurnalı. 2015 № 6 (292) s. 82-85
  62. https://bookcollector.az/file/pic/xeber//2018-04/1523739150_iyun.pdf
  63. Yüksək meyar və keyfiyyət keşiyində: Dadaş Dadaşovun bəstəkar və müəllim portretinə bəzi ştrixlər. Məqalə. Bakı., “Konservatoriya” jurnalı 2015 № 3 s. 6-10 http://konservatoriya.az/?p=1315
  64. К 100-летию Рашида Бейбутова. Məqalə Bakı., “Konservatoriya” jurnalı. 2015, № 4 s. 5-10 http://konservatoriya.az/?p=1429.
  65. About the theme “Felek” in the musical-poetic creations of eastern peoples. Konfrans materialı, Səmərqənd., “Unity and variety of musical culture of the east” mövzusunda “Şərq taronaları” Beynəlxalq Elmi Konfransının materialları. 2015, – s. 39-40
  66. Yüksək meyar və keyfiyyət keşiyində: Dadaş Dadaşovun müəllim və bəstəkar portretinə bəzi ştrixlər. Məqalə, Bakı., “Konservatoriya” jurnalı. 2015, № 3 s. 6-10. http://konservatoriya.az/?p=1315
  67. Таджикский фалак и азербайджанский мугам в контексте единой традиции макамат. Konfrans materialı. Düşənbə., «Фалак – услуби нажухиш ва омузиш» (Фалак – стиль преподования и обучения) сборник статей. 2015, – s. 193-198
  68. К 100-летию Рашида Бейбутова: Аккорды звездной жизни. Məqalə. Bakı., “Konservatoriya” jurnalı 2015, № 4 (30), s. 5-10. http://konservatoriya.az/?p=1429
  69. Dünyanın “Şərq təranələri”… Məqalə “Bakı., “Mədəniyyət.az” jurnalı. 2015 № 8 (294) s. 62-65. https://bookcollector.az/file/pic/xeber//2018-04/1523740506_avqust.pdf
  70. The fırst book published in the United States of America on the contemporary music of Azerbaijan. Məqalə, Bakı., “Konservatoriya” jurnalı. 2016, № 2 s. 11 http://konservatoriya.az/?p=1719
  71. Amerikada çağdaş Azərbaycan musiqisi haqqında dərc edilmiş ilk elmi monoqrafiya. Məqalə. Bakı., “Konservatoriya” jurnalı. 2016 № 2 s. 9-10 http://konservatoriya.az/?p=1724
  72. Творческие искания композитора Азера Дадашова: от песен до симфоний. Konfrans materialı, Almatı., Qazaxstan Bəstəkarlar İttifaqının “Kök bayrağım jelbire” adlı Beynəlxalq elmi-praktik konfransının materialları. 2016, – s. 35-42
  73. Böyük ədəbiyyatın balet məkanı. Konfrans materialı Bakı., İntermediallıq məsələləri – Musiqi və ədəbiyyat” Beynəlxalq elmi konfransın materialları. 2016
  74. Azərbaycan bəstəkarlarının yaradıcılığında Xəzər mövzusu. Konfrans materialı Bakı., AMEA. Xəbərlər. Humanitar seriya. 2016 № 2 s. 292-297
  75. Azərbaycan Milli Konservatoriyası ali musiqi təhsilinin müasir şərq modeli kimi. Konfrans materialı. Bakı., Qloballaşan dünyada musiqi ənənələri adlı I Beynəlxalq elmi-praktik konfrans. 2017, -s. 37-40 http://konservatoriya.az/konfrans/2017.pdf
  76. Müasir mərhələdə milli musiqi alətlərinin təkmilləşdirilməsi istiqamətləri və perspektivləri. Konfrans materialı. Bakı., Azərbaycan milli alətləri: keçmişimiz, bu günümüz” Beynəlxalq elmi-praktik konfransın materialları. 2017 – s. 47-52
  77. Musiqi türkologiyasının tədqiqat istiqamətləri və problemlərinə dair. Konfrans materialı Bakı., “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” XVI Beynəlxalq elmi-praktiki konfransın materialları. 2017 – s. 6-9
  78. Təranə Yusifova. Oktay Kazıminin Şəhidlər” simfoniyası: struktur və üslub xüsusiyyətləri. / Ön söz. Kitab. Bakı., Mütərcim. 2017
  79. Bülbül. Biblioqrafiya.
  80. Musiqimizin əbədi Bülbülü. Kitab Bakı., 2017, 344 s. http://anl.az/down/bulbul_biblioqrafiya.pdf.
  81. Bəstəkar Tofiq Bakıxanovun yaradıcılığımusiqi festivalı müstəvisində. Kitab. Naxçıvan., Əcəmi
  82. Tofiq Bakıxanov: Naxçıvan sevincləri (tərt. G.Məmmədova). 2017, – s. 60-65
  83. Türk xalqlarının musiqisində terminoloji paralellər: küy-hava-makam anlayışlarının qarşılıqlı əlaqələrinə dair. Konfrans materialı. Bakı., “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” XVII Beynəlxalq elmi-praktik konfransın materialları. 2018, – s. 189-192
  84. Başqordstanda keçirilmiş Beynəlxalq Müasir Musiqi Festivalı və Elmi konfransında. Konfrans materialı, Bakı., “Konservatoriya” jurnalı. 2018, № 4. s. 103-104 http://konservatoriya.az/?p=4315
  85. Türk xalqlarının musiqisində ortaqlıq və fərqlilik amilləri. Konfrans materialı. Bakı., Beynəlxalq Musiqi təhsili cəmiyyəti 33-cü Dünya Konfransı Türk Dünyası Oturumu. 2018, – s. 207-213. http://konservatoriya.az/ISME/2018.pdf.
  86. О происхождении и значении термина «хава» в музыке тюркских народов. Konfrans materialı, Almatı.,
  87. Актуальные проблемы современной музыкальной тюркологии. 2018 – s. 248-252
  88. Азербайджанский мугам сегодня: вопросы интерпретации. Konfrans materialı, Şəhrizəbs., Искусство маком и его роль в мировой цивилизации. 2018 – s. 72-75
  89. Məqam-muğam istilahlarının türkdilli xalqların musiqisində təzahür aspektləri. Konfrans materialı. Bakı., “Muğam aləmi” V Beynəlxalq elmi simpoziumun materialları. 2018, -s. 209-216
  90. Kəmalə Şəfiyeva. Milli musiqi ifaçıları üçün fortepiano üzrə ibtidai dərs vəsaiti. Ön söz. Kitab. Bakı., Mütərcim. 2018
  91. Türk xalqlarının musiqisində terminoloji paralellər: küy-hava-makam anlayışlarının qarşılıqlı əlaqələrinə dair. Konfrans materialı. Bakı., ADMİU.
  92. Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” XVII Beynəlxalq elmi-praktik konfransın materialları. 2018 – s. 189-192
  93. Xəzər balladası” – 50. Fransada Azərbaycan baleti günləri. Məqalə. Bakı., “Renessans A”, 2018, – s. 82-93
  94. О проявлениях жанрово-стилистической антитезы узун / кырык (длинный / короткий) в музыке тюркских народов.. Konfrans materialı. Moskva., Гиппиусовские чтения – 2019. Исследования жанров музыкального фольклора в современном этномузыкознании. https://lib.rmvoz.ru/fonoteka/gippiusovskie-chteniya-2019 2019
  95. Fəxrəddin Baxşəliyev. “Sİ MURĞ” – vokal və saz üçün əsərlər toplusu. / Ön söz. Kitab. Bakı., 2019, -s. 3-4
  96. Oqtay Zülfüqarov. Azərbaycan musiqi tarixi. Məqalə, Bakı., Elm, Cild IV, 2019, – s. 156-175 http://musicacademy.edu.az/images/elmi_neshrler/z_safarova_4cild.pdf
  97. Azərbaycan xanəndələrinin səsləri Almaniyada elmi tədqiqat obyektinə çevrildi. Məqalə. Bakı., “Konservatoriya” jurnalı 2019 № 4 (46) s. 89-91 http://konservatoriya.az/?p=6159
  98. Oktay Zulfuqarov’un Çocuk Şarkı ve Şiirleri. Konfrans materialı Bakı., VI. Uluslararası çocuk ve gençlik edebiyatı sempozyumu. https://cogeyb.org/wp-content/uploads/2020/02/6.-Sempozyum-Bildiriler-Kitab%c4%b1.pdf 2019 -s. 150-156
  99. Ömrün yollarında… Ruhəngiz Qasımova – 80. // “Konservatoriya” jurnalı Bakı., 2020 № 3 (48) s. 98-103. http://konservatoriya.az/?p=6498
  100. Polad Bülbüloğlu. Məqalə. Bakı., Azərbaycan musiqi tarixi. Cild V. 2020, – s. 272-289 http://musicacademy.edu.az/images/elmi_neshrler/z_safarova_5cild.pdf
  101. Azerbaijani traditional music and performing on folk instruments today: problems and prospects of vocational education. Konfrans materialı Almatı., Preservation, integration and renewal of traditional music: theory and practice: Abstracts of the 7th Symposium of the International Council for Traditional Music Study Group on Music of the Turkic-speaking World. 2021
  102. А.Б.Бадалбейли – Низами о музыке и в музыке. Məqalə . Bakı., “Konservatoriya” jurnalı 2021 № 4 (53) s. 79-96. http://konservatoriya.az/wp-content/uploads/2022/04/Konservatoriya.2021-479-96.pdf
  103. Проблемы обучения игре на народных музыкальных в Азербайджане: страницы истории и реалии сегодняшнего дня. Konfrans materialı Bakı., “Musiqi dünyası” jurnalı. 2021, № 3 (88) s. 109-114. http://www.anl.az/down/meqale/musiqi_dunyasi/2021/3-88/788659(meqale).pdf
  104. Проблемы обучения игре на народных музыкальных в Азербайджане: страницы истории и реалии сегодняшнего дня. Məqalə. Bakı., Azərbaycan etnomusiqişünaslığı 1921-2021 illər. “OL MMC” Mətbəəsi, 2021, – s. 160-169
  105. Üzeyir Hacıbeyli Adına Bakü Müzik Akademisi Tarihinde Önemli Bir Aşama Halk Çalgılarının Öğretimi. Konfrans materialı, Bakı., 2021, s. 326-332 http://www.imdcongress.com/dosya/arsiv/2021_2/Bildiri_Kitabi.pdf
  106. Üzeyir Hacıbəyli ruhunun Şuşa sevinci. Otuz il həsrətində olduğumuz səfər. Məqalə. Bakı., “Mədəniyyət.az” jurnalı. 2021 sentyabr-oktyabr, s. 339
  107. Milli Konservatoriya – 20”. Kitab Bakı., Mütərcim, 2022, – 160 s.