25 аprel Azərbaycan Milli Konservatoriyasında X Respublika Elmi konfransı keçirilib.
Konfransda Azərbaycan Milli Konservatoriyasının idarə heyəti, müəllim və professor heyəti iştirak edib.
Konfrans AMK -nın elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynovanın çıxışı ilə başlayıb.
Ardından 17 maqistr tələbənin müdafiə mövzusunun təqdimatı səsləndirilib. Maqistr tələbələr təqdimatdan sonra sualları cavablandırıb. Konfransın aparıcısı tələbə-elm cəmiyyətinın rəhbəri, AMK nın müəllimi Fərdin Məmmədzadə olub. AMK da keçirilmiş olan konfrans maqistr tələbələrin gələcəkdə müdafiyə edəcəkləri olduğu mövzunu daha yaxşı araşdırmağa və inkişaf etdirməyə zəmin yaradıb.
Bu cür konfransların Azərbaycan Milli Konservatoriyasında keçirilməsi bizi sevindirir. Təşkilatçılara və iştirakçilara uğurlar diləyirik.