Sentyabrın 27-də Azərbaycan Milli Konservatoriyasında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

 

Öncə şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Anım mərasimi Milli Konservatoriyanın qəhrəman tələbəsi, Vətən müharibəsi şəhidi Toğrul Hacıyevin qürur və xatirə lövhəsinin qarşısında baş tutub.

 

Rektor, Xalq artisti Siyavuş Kərimi, T. Hacıyevin anası, müəllimləri, döyüş yoldaşları mərasimdə çıxış ediblər.

 

Allah şəhidlərimizə rəhmət etsin!